13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan ermənilərin reinteqrasiya ilə bağlı bütün müraciətlərinə baxmağa hazırdır - Hikmət Hacıyev

20 Dekabr 2023 02:09
Azərbaycan ermənilərin reinteqrasiya ilə bağlı bütün müraciətlərinə baxmağa hazırdır - Hikmət Hacıyev

Bakı. AzerPress:

Azərbaycan ermənilərin reinteqrasiya məsələsi ilə bağlı bütün müvafiq müraciətlərinə baxmağa hazırdır.

AzerPress xəbər verir ki, bui barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC World-ə müsahibəsində deyib.

"Bütün işğal dövrü ərzində Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Bir milyon azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətindədir. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkünün öz evlərinə qaytarılması prosesi gedir, və onlar 30 ildən artıq bu hüquqdan məhrum ediliblər. Lakin, bu arada, biz onları qalmağa çağırmağımıza baxmayaraq, Qarabağı tərk etmək qərarına gələn ermənilər də oldu. Azərbaycan onların geri qayıtması üçün bütün imkanları, o cümlədən təhlükəsizliyi təmin edir. Bu səbəbdən biz vətəndaşlıq üçün ərizələrin verilməsi üçün xüsusi elektron portal yaratmışıq. Birincisi, biz müəyyən etməliyik ki, ermənilərin geri qayıtması üçün müvafiq qanunvericilik bazası olmalıdır. Burada əsas ilkin şərtlərdən biri də Azərbaycan qanunlarına və qaydalarına uyğun olaraq Azərbaycan vətəndaşlığına və yaşayış yerinin qəbul edilməsidir. Bu səbəbdən və biz aydın şəkildə bildirdik ki, hər bir konkret hal əsasında bütün müvafiq hüquqi müraciətləri nəzərdən keçirməyə və baxmağa hazırıq", - deyə o bildirib.

H.Hacıyevin sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında diplomatik səviyyədə danışıqlar aparılır:

"Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamağa hazırdır. Bu səbəbdən Azərbaycan da beş fundamental prinsip və sülh müqaviləsinin mətnini təklif edib. Hazırda Ermənistan və Azərbaycan arasında birbaşa danışıqlar çərçivəsində diplomatik öhdəliklər var. Hesab edirəm ki, Ermənistan və Azərbaycan müsbət gündəmlə dünyanı təəccübləndirməyi bacarıb. Dekabrın 7-də iki ölkə birgə bəyanat yayaraq, sülh gündəmini irəli sürmək və etimad quruculuğu tədbirlərini həyata keçirmək niyyətlərini ifadə ediblər".

O qeyd edib ki, son üç ayı iki ölkə müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan münasibətləri tarixində ən sakit dövr hesab etmək olar.

"Müharibə yoxdur, vəhşilik yoxdur, qarşıdurma yoxdur, əsgərlər kazarmalarına qayıdırlar. Yerli olaraq nisbi sülh təmin edildi. İndi sülh müqaviləsinin imzalanması da daxil olmaqla, onu davamlı sülhə çevirməyin vaxtıdır", - deyə H.Hacıyev qeyd edib.

Azərbaycan ermənilərin reinteqrasiya ilə bağlı bütün müraciətlərinə baxmağa hazırdır - Hikmət Hacıyev
Məqalədə: #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Tarixdə bu gün

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət

03:00
Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

12 Sentyabr 16:44
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13

Son Xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
07:46
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.