7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ər- Riyad görüşü - ABŞ-Rusiya gərginliyini azaldan əhəmiyyətli addım

19 Fevral 2025 13:43
Ər- Riyad görüşü - ABŞ-Rusiya gərginliyini azaldan əhəmiyyətli addım

Bakı, AzerVoice

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şimal-qərbində yerləşən Diriyahda keçirilən görüş 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlamasından bəri ABŞ və Rusiya arasında ilk yüksək səviyyəli diplomatik təmas olub.

AzerVoice xəbər verir ki, bu təşəbbüs, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsi altında baş tutub.

Şahzadənin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Krallıq, dünyada sülh və təhlükəsizliyi təşviq etmək məqsədilə ABŞ və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib.

Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak ediblər. Onlara Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan və Krallığın milli təhlükəsizlik müşaviri Musaid əl-Ayban müşayiət edib.

Müzakirələr zamanı diplomatik missiya əməkdaşlarının geri qaytarılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərində razılıq əldə olunub. Hər iki tərəf görüşü "məhsuldar" və "irəliyə atılmış mühüm addım" kimi qiymətləndirib.

ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Rubio və Lavrov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparacaq xüsusi komandalar təyin etmək barədə razılığa gəliblər.

Bu görüş, Vaşinqton və Moskva arasındakı buzları əridən ilk real diplomatik addım kimi qiymətləndirilir və gələcəkdə sülh danışıqlarına dair daha geniş müzakirələrin əsasını qoya bilər.

Məqalədə: #Rusiya #Səudiyyə Ərəbistanı #ABŞ #Ukrayna #Ər-Riyad #ABŞ-Rusiya danışıqları 2025 #Səudiyyə Ərəbistanının vasitəçiliyi #Vaşinqton-Moskva münasibətləri #Diriyah diplomatik görüşü

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.