Bakı. AzerVoice:
İsrail ordusu iki günlük hərbi hücumlardan sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərindən və Cenin Qaçqın Düşərgəsindən geri çəkilib.
AzerVoice xəbər verir ki, hadisə şahidləri İsrail ordusunun geri çəkilməsindən sonra yüzlərlə fələstinlinin Cenin Qaçqın Düşərgəsindəki evlərinə və mülklərinə qayıtmağa başladığını bildirib.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrail ordusunun mayın 21-də Ceninə başlatdığı hücumlarda ölən fələstinlilərin sayının 11-ə yüksəldiyi açıqlanıb.