7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran AEBA-ya müraciət etdi: ABŞ-ın nüvə obyektlərinə hücumu araşdırılsın

22 İyun 2025 11:32
İran AEBA-ya müraciət etdi: ABŞ-ın nüvə obyektlərinə hücumu araşdırılsın

BAKI, AzerVoice

İran ABŞ-ın nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi hücumların beynəlxalq hüququ pozduğunu bildirərək, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) rəsmi müraciət ünvanlayıb.

AzerVoice-un məlumatına görə,bu barədə İran Atom Enerjisi Təşkilatının (İAET) rəhbəri Məhəmməd Eslaminin AEBA-nın baş direktoru Rafael Qrossiyə göndərdiyi məktubda qeyd olunub. Məktubda Tehran ABŞ-ın Nətənz, Fordo və İsfahan nüvə obyektlərinə yönəltdiyi zərbələrin Nüvə Silahlarının Yayılmaması Sazişi (NPT) və digər beynəlxalq mexanizmləri pozduğunu bildirib.

İran tərəfi AEBA rəhbərliyini fəal mövqe nümayiş etdirməyə, ABŞ-ın bu hərəkətini qınamağa və müvafiq beynəlxalq addımlar atmağa çağırıb. Eslami həmçinin vurğulayıb ki, hücumlar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ tərəfindən həyata keçirilib və bu, BMT Nizamnaməsinin müddəalarına ziddir.

İran Atom Enerjisi Təşkilatı bəyan edib ki, beynəlxalq hüququn pozulmasına susmaq, bu tip təcavüzlərin legitimləşməsinə səbəb ola bilər.

Qeyd edək ki, ötən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç əsas nüvə obyektinə – Nətənz, Fordo və İsfahana – hava zərbələri endirib. Rəsmi Vaşinqton bu hücumun İranın nüvə proqramını sıradan çıxarmağa yönəldiyini bildirib.

Məqalədə: #İran #ABŞ #BMT Təhlükəsizlik Şurası #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #hava hücumu #Tehranın nüvə obyektləri #Nətənz nüvə obyekti #Fordo nüvə obyekti

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

21:27

Son Xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.