6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Küveyt və Bəhreyn hücumlardan sonra fövqəladə tədbirlər görür

Küveyt və Bəhreyn ABŞ-ın hücumlarından sonra fövqəladə hazırlıq rejiminə keçib.

23 İyun 2025 10:58
Küveyt və Bəhreyn hücumlardan sonra fövqəladə tədbirlər görür

BAKI, AzerVoice

Küveyt və Bəhreyn ABŞ-ın hücumlarından sonra fövqəladə hazırlıq rejiminə keçib.

AzerVoice xəbər verir ki, ABŞ-ın İrandakı üç nüvə obyektinə hava zərbələrindən sonra Körfəz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirib.

Küveyt və Bəhreyn “fövqəladə hallar” rejiminə uyğun addımlar ataraq regional gərginliyə qarşı tədbirlər planını tətbiq edib.

Küveytin Ali Müdafiə Şurası daimi iclas formatına keçərək ölkənin fövqəladə vəziyyətlərə hazırlıq səviyyəsini artırmaq qərarına gəlib. Bu çərçivədə nazirlik kompleksi binasında sığınacaqların hazırlanması və müxtəlif məkanlarda təcili logistika anbarlarının ayrılması nəzərdə tutulub.

Bəhreyn isə dövlət idarələrinin 70 faizinin uzaqdan işləməsinə şərait yaradıldığını bildirib. Bu qərar, yalnız ictimai təhlükəsizlik və fövqəladə prosedurlarla əlaqəli sektorları istisna edir. Eyni zamanda, Təhsil Nazirliyi dövlət və özəl təhsil müəssisələrinə rəqəmsal tədris platformalarının aktivləşdirilməsi barədə göstəriş verib.

Səudiyyə Ərəbistanı, BƏƏ və Körfəz Əməkdaşlıq Şurası isə yayımladıqları birgə açıqlamada bölgədə ekoloji və radioloji göstəricilərin təhlükəsiz və texniki cəhətdən icazə verilən səviyyədə qaldığını təsdiqləyiblər.

Qeyd edək ki, ABŞ-ın İrandakı Fordo, Natanz və İsfahan nüvə obyektlərinə endirdiyi hava zərbələri regionda narahatlıq yaradıb. İran hələlik ciddi radioloji sızma olmadığını bildirsə də, bölgə ölkələri ehtiyat tədbirlərini artırmaqdadır.

Məqalədə: #İran #Küveyt #BƏƏ #ABŞ #Bəhreyn #Fövqəladə vəziyyət #ABŞ-İran münasibətləri #Nüvə obyektlərinə hücum riski #İran-ABŞ əlaqələri #ABŞ və Körfəz ölkələri #ABŞ-İran gərginliyi #İranın nüvə obyektləri

Mövzu üzrə digər xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?

13:00
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.