8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İranda daha bir nüvə alimi İsrail hücumu nəticəsində öldü

İranın şimalındakı Gilan vilayətinə ötən gecə həyata keçirilən İsrail hava hücumu nəticəsində iranlı nüvə alimi Məhəmməd Rza Sədiqi Saber həlak olub.

24 İyun 2025 10:06
İranda daha bir nüvə alimi İsrail hücumu nəticəsində öldü

BAKI, AzerVoice

İranın şimalındakı Gilan vilayətinə ötən gecə həyata keçirilən İsrail hava hücumu nəticəsində iranlı nüvə alimi Məhəmməd Rza Sədiqi Saber həlak olub.

AzerVoice xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Məlumata əsasən, bir neçə gün əvvəl də Sədiqi Saberin Tehrandakı mənzilinə edilən hücumda onun 17 yaşlı oğlu ölmüşdü.

Qeyd edək ki, iki ay öncə ABŞ Xəzinədarlıq Departamenti Məhəmməd Rza Sədiqi Saberi nüvə silahlarının hazırlanmasında iştirakda ittiham edərək ona qarşı sanksiyalar tətbiq etmişdi.

Xatırladaq ki, 13 iyun səhərində İsrail İrana qarşı genişmiqyaslı hava zərbələri endirmişdi. Bu zərbələr nəticəsində yüksək rütbəli hərbçilər, generallar, nüvə alimləri və digər tanınmış şəxslər həlak olmuşdu.

Həmin günün axşamı İran “Doğru Vəd III” adını verdiyi əməliyyat çərçivəsində cavab hücumu həyata keçirərək Tel-Əviv də daxil olmaqla müxtəlif hədəflərə yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatı göndərmişdi. Hücum nəticəsində mülki itkilər qeydə alınıb və ciddi dağıntılar baş verib.

Məqalədə: #İsrail #İran #Tehran #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01

Son Xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
Dohadan Vaşinqtona sərt mesaj - Körfəz artıq yalnız ABŞ-yə güvənə bilməz...Qətər MƏKKƏ sazişinə qoşulur?
11:08
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
Səudiyyə Ərəbistanının sabitliyində təhlükəsizlik və enerji amilləri önə çəkilib
11:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.