4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suveydada həlak olanların sayı açıqlanıb

Suriyanın Suveyda şəhərində bədəvi ərəblər və aşiret qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında baş verən toqquşmalarda həyatını itirənlərin sayı 426-ya yüksəlib.

21 İyul 2025 09:45
Suveydada həlak olanların sayı açıqlanıb

BAKI, AzerVoice

Suriyanın Suveyda şəhərində bədəvi ərəblər və qəbilə qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasında baş verən toqquşmalarda həyatını itirənlərin sayı 426-ya yüksəlib.

AzerVoice xəbər verir ki, Suriyada mülki vətəndaşlara qarşı hüquq pozuntularını sənədləşdirən Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) verdiyi məlumata görə, 13–20 iyul tarixlərində Suveydada baş verən qarşıdurmalarda ölənlərin sayının 426-ya çatdığı bildirilib. Həlak olanlar arasında 7 uşaq, 10 qadın, 6 tibb işçisi və 2 media əməkdaşı da var.

Suriya İnsan Haqları Şəbəkəsi daha əvvəl, 13–18 iyul tarixlərində Suveydada baş verən toqquşmalarda 6-sı uşaq, 9-u qadın olmaqla azı 321 nəfərin həyatını itirdiyini, 436-dan çox insanın yaralandığını açıqlamışdı.

Bədəvi ərəblər və qəbilə qüvvələrindən ibarət ittifaq ilə bəzi druz qrupları arasındakı toqquşmalar, Şam rejimi və vasitəçi ölkələrin təşəbbüsü ilə sona çatdırılıb.

Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

Məqalədə: #Druz #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya Hazırlıq Komitəsi #Suriya siyasi həll #Suriya ordusu və təhlükəsizlik #Suriyada hərbi əməliyyatlar 2025 #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #Livan druz lideri Valid Cumblat #druzlar #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz təriqəti #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi

Mövzu üzrə digər xəbərlər

Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb
Suriya

Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

1 Sentyabr 10:39
Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

30 Avqust 03:00
Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb
Suriya

Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

28 Avqust 14:37
İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib
Fələstin

İsrailin müdafiə naziri işğal edilmiş Qolan təpələrinə gedib

25 Avqust 19:08

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.