7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin hava hücumu nəticəsində 30 fələstinli öldü - Qurbanların çoxu qadın və uşaqdır

Fələstin Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Bəsalın verdiyi məlumata görə, İsrail qırıcılarının bazar ertəsi gecə və çərşənbə axşamı səhər saatlarında Nüsəyrat düşərgəsinə həyata keçirdiyi hava zərbələri nəticəsində mülki yaşayış evləri dağıdılıb.

29 İyul 2025 13:38
İsrailin hava hücumu nəticəsində 30 fələstinli öldü - Qurbanların çoxu qadın və uşaqdır

BAKI, AzerVoice – İsrailin hava hücumları nəticəsində Qəzza zolağının mərkəzində yerləşən Nüsəyrat qaçqın düşərgəsində azı 30 fələstinli həyatını itirib. Qurbanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. AzerVoice xəbər verir ki, mülki evlər hədəfə alınıb, məhv edilənlər arasında ailələr var

Fələstin Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Bəsalın verdiyi məlumata görə, İsrail qırıcılarının bazar ertəsi gecə və çərşənbə axşamı səhər saatlarında Nüsəyrat düşərgəsinə həyata keçirdiyi hava zərbələri nəticəsində mülki yaşayış evləri dağıdılıb.

“İşğalçı qüvvələr Nüsəyrat düşərgəsində yeni bölgədə yerləşən bir neçə mülki evi bombalayıb. Bu, növbəti soyqırımı aktıdır. Qurbanların böyük hissəsi qadınlar və uşaqlardır.”-deyə, Bəsal hadisəni belə xarakterizə edib.

Yaralılar və cəsədlər düşərgədə yerləşən Əl-Avda xəstəxanasına aparılıb.

İsrail yardım təzyiqləri fonunda 10 saatlıq atəşkəs elan etmişdi

Qəzzada aclığın daha da dərinləşməsi fonunda beynəlxalq təzyiqlər artdığı üçün, İsrail ötən həftəsonu bəyan etmişdi ki, Qəzza şəhəri, Deyr əl-Bələh və Mavasi bölgələrində hər gün 10 saatlıq əməliyyat fasiləsi veriləcək. Həmçinin yardım karvanları üçün “təhlükəsiz dəhlizlər” təyin ediləcəyi açıqlanmışdı. Beynəlxalq təşkilatlar bu çərçivədə havadan yardım atılmasını yenidən bərpa ediblər.

Lakin beynəlxalq yardım təşkilatları bildirirlər ki, bu tədbirlər Qəzzadakı artan aclıq və humanitar fəlakətə qarşı yetərli deyil. Bölgədə qida və dərman çatışmazlığı kritik həddə çatıb və əhalinin həyatı ciddi təhlükə altındadır.

Məqalədə: #Qəzza hücumu #Qəzza müharibəsi #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #Qəzza və Livanda AI texnologiyaları #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada müharibədən sonrakı vəziyyət #İsrailin İran hücumu #İsrailin Suriya hücumu

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39
Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir
Digər Dövlətlər

Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

23 Avqust 11:25
HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

22 Avqust 09:00

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.