4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BƏƏ və İordaniya Avropa ölkələrinin dəstəyi ilə Qəzzaya havadan yardım göndərib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya, bəzi Avropa ölkələrinin dəstəyi ilə İsrailin tətbiq etdiyi blokada səbəbilə aclıqla mübarizə aparan Qəzza zolağına havadan humanitar yardım çatdırıb. BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı yazılı məlumata görə, BƏƏ və İordaniyanın təşəbbüsü ilə Fransa, Almaniya, İtaliya və İspaniyadan olan 7 təyyarə Qəzzaya havadan yardım yükü endirib.

2 Avqust 2025 10:12
BƏƏ və İordaniya Avropa ölkələrinin dəstəyi ilə Qəzzaya havadan yardım göndərib

BAKI, AzerVoice, Nailə Babazadə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya, bəzi Avropa ölkələrinin dəstəyi ilə İsrailin tətbiq etdiyi blokada səbəbilə aclıqla mübarizə aparan Qəzza zolağına havadan humanitar yardım çatdırıb.

AzerVoice xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı yazılı məlumata görə, BƏƏ və İordaniyanın təşəbbüsü ilə Fransa, Almaniya, İtaliya və İspaniyadan olan 7 təyyarə Qəzzaya havadan yardım yükü endirib.

Bu çərçivədə BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayid ilə İordaniyalı həmkarı Eymən əs-Safədi telefon danışığı apararaq, Qəzzadakı son vəziyyəti və yardım fəaliyyətlərində birgə koordinasiyanın gücləndirilməsi yollarını müzakirə ediblər.

Qeyd edək ki, İsrail ordusu ötən cümə günündən etibarən bəzi xarici ölkələrin Qəzza zolağına havadan yardım göndərməsinə icazə verdiyini açıqlamışdı.

Bununla belə, daha əvvəl paraşütlə havadan atılan bəzi yardım paketlərinin dənizə düşməsi və ya birbaşa mülki vətəndaşların üzərinə düşərək ölümlərə səbəb olması ciddi narahatlıqlara səbəb olmuşdu. Aclıq içində olan əhali bu səbəblə sahillərə axın etmiş, yardımın bu formada paylanması tənqid olunmuşdu.

İsrailin son günlərdə məhdud sayda hava yardımına icazə verməsi isə Fələstinlilər tərəfindən “alçaldıcı, görüntü üçün və siyasi teatr” kimi qiymətləndirilib.

Hazırda İsrailin hərbi hücumları və sərt blokadası altında olan Qəzza zolağında vəziyyət kritik həddə çatıb. Bölgədə su, dərman, tibbi avadanlıq və gigiyena vasitələri tapılmır, aclıq geniş yayılıb.

Ən çox təsirə məruz qalanlar arasında uşaqlar da var. 7 oktyabr 2023-cü ildən bəri Qəzzada aclıq səbəbilə 92-si uşaq olmaqla ümumilikdə 162 nəfər həyatını itirib.

Həm yerli, həm də beynəlxalq qurumlar İsrailin “aclıq və susuzluğu silah olaraq istifadə etdiyini” bildirirlər.

Məqalədə: #Qəzza #BƏƏ #Qəzza zolağı #İordaniya #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzza və Livanda AI texnologiyaları #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
BƏƏ

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb

17:00
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

13:52
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

12:38

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.