8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Süveyda vilayətindəki humanitar dəhliz silahlı toqquşmalar səbəbindən bağlanıb

Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb. Bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

3 Avqust 2025 17:47
Süveyda vilayətindəki humanitar dəhliz silahlı toqquşmalar səbəbindən bağlanıb

BAKI, AzerVoice, Səməd Əyyubov – Suriyanın cənubunda yerləşən Süveyda vilayətində baş verən toqquşmalar səbəbindən Busrə əş-Şam humanitar dəhlizi bağlanıb.

AzerVoice xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı ölkənin Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, atəşkəs rejiminin qanunsuz silahlı qruplar tərəfindən pozulmasından sonra bölgədə təhlükəsizlik təmin olunana qədər dəhliz bağlı qalacaq.

Qeyd edək ki, bugün Süveyda şəhərinin qərbində şiddətli qarşıdurmalar yenidən başlayıb. Ət-Taalə bölgəsində druz icmasının dəstələri ilə təhlükəsizlik qüvvələrinin dəstəklədiyi ərəb tayfalarından olan döyüşçülər arasında atışmalar baş verib, qumbaraatanlardan istifadə olunub.

Toqquşmalar, druz silahlılarının Təl-Hədid kəndi yaxınlığında hökumət qüvvələrinin mövqelərinə hücum etməsindən sonra daha da kəskinləşib. “Əl Cəzirə” telekanalının məlumatına əsasən, bu hücum nəticəsində beş təhlükəsizlik əməkdaşı həlak olub.

Süveyda vilayətində qarşıdurmalar ilk dəfə iyulun 13-də druzlar ilə ərəb tayfalarından olan silahlı dəstələr arasında baş vermişdi. İyulun 15-də Suriya Daxili İşlər və Müdafiə nazirliklərinin xüsusi bölmələri vilayətin inzibati mərkəzinə daxil olaraq bölgədə sabitliyi bərpa etmək məqsədilə təmizləmə əməliyyatlarına başlamışdı. İyulun 19-da isə Suriya prezidenti Əhməd əş-Şəraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış sülh planına əsasən Süveyda vilayətinin bütün ərazisində atəşkəs rejiminin tətbiq olunduğunu elan etmişdi.

Məqalədə: #İsrail #Suriya #Druz #Toqquşmalar #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Suveyda Üsyanı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #təhlükəsizlik qüvvələri #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #Druzların qorunması bəhanəsi #Suveyda hadisələri #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi #İsrailin Süveyda müdaxiləsi #Süveyda #Druz dağı #Druz Hərbi Şurası #Suveyda döyüşləri #Druzların siyasi mövqeyi #Druz muxtariyyəti təşəbbüsü #Druz tayfaları #İsrailin Dəməşqə hava hücumları və druz icmasına dəstək bəhanəsi

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.