7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Qəzzada atəşkəs və məhbusların azad olunması barəsində təklifləri rədd edib

Bu barədə İsrail mediası məlumat yayıb. Kanal 13 televiziyası tərəfindən yayımlanan gizli sənədlərə əsasən, Netanyahu hökuməti təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dəstəklədiyi hərtərəfli razılaşmaya qarşı çıxıb.

5 Avqust 2025 09:40
Baku
Netanyahu Qəzzada atəşkəs və məhbusların azad olunması barəsində təklifləri rədd edib

BAKI, AzerVoice, Zeynəb Raminqızı

Netanyahu Qəzzada atəşkəs və məhbusların azad olunmasını nəzərdə tutan təklifləri rədd edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Kanal 13 televiziyası tərəfindən yayımlanan gizli sənədlərə əsasən, Netanyahu hökuməti təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dəstəklədiyi hərtərəfli razılaşmaya qarşı çıxıb.

Məlumata görə, Qəzzada müharibənin dayandırılması və israilli məhbusların azad edilməsi məqsədilə keçirilən gizli toplantıda təhlükəsizlik qurumlarının rəhbərləri razılaşmanı dəstəkləyib. Onlar müharibənin sonlandırılmasının mümkün olduğunu və lazım gələrsə hərbi əməliyyatların yenidən başlaya biləcəyini bildiriblər. Lakin Netanyahu bu təklifləri rədd edib.

İsrailli məhbus ailələrinin nümayəndəliyi yayılan sənədlərin hərtərəfli razılaşmanın mümkünlüyünü sübut etdiyini açıqlayıb. Ailələr hökuməti prosesi bilərəkdən pozmaqda və ictimaiyyəti aldatmaqda ittiham edib. Onların bildirdiyinə görə, razılaşmanın pozulmasından sonra 50 israilli əsgər həlak olub və heç bir hərbi nailiyyət əldə edilməyib.

HƏMAS da məsələ ilə bağlı bəyanat verərək, bütün israilli məhbusları azad etməyə hazır olduğunu, lakin bunun üçün İsrailin Qəzzadan tamamilə çıxması və müharibəyə son qoyması lazım olduğunu bildirib.

Qeyd edək ki, tərəflər arasında 24 noyabr 2023-cü ildə ilk humanitar atəşkəs razılaşması qüvvəyə minib. 19 yanvar 2024-cü ildə başlayan ikinci mərhələ çərçivəsində 1700-dən çox fələstinli məhbus azad edilib, HƏMAS isə 33 israilli məhbusu təhvil verib. Atəşkəsin 42 günlük ilk mərhələsi 2 martda başa çatıb. Bundan sonra İsrail danışıqlarda irəliləyişə imkan verməyib və 18 martda Qəzzaya qarşı hərbi əməliyyatları bərpa edib.

Məlumatlara görə, İsrail tərəfi əsas məsələlərdə – Qəzzadan çəkilmək, müharibəyə son qoymaq və hərtərəfli razılaşmaya getmək kimi şərtlərdə güzəştə getməkdən imtina etdiyi üçün Qətərdə aparılan dolayı danışıqlar da nəticəsiz qalıb.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #İsraili #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail cinayətləri #İsrail hücumları #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın bərpası 2025 #Netanyahu siyasi böhran #Netanyahu və İsrail hökuməti

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.