İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Açılış mərasimində iştirak edən İsrailin Xarici İşlər naziri Gideon Saar ölkəsini Qərb sivilizasiyasının ön qalası və Avropanın təhlükəsizlik tərəfdaşı adlandırıb.
TİKA Qəzzədə humanitar yardım fəaliyyətlərini davam etdirir, bölgəyə tibbi ləvazimat göndərilir
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İsrailin 7 oktyabr 2023-cü ildən etibarən hücumlarını davam etdirdiyi Qəzzəyə humanitar yardım və ərzaq dəstəyi göstərməkdə davam edir. TİKA-dan əldə edilən məlumata görə, Qəzzəyə hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana TİKA davam edən ərzaq böhranına qarşı təcili humanitar yardım fəaliyyəti həyata keçirir. Bu çərçivədə TİKA 16 min 500-dən çox ailəyə ərzaq paketi, 160 min porsiya isti yemək təqdim edib. TİKA 3 mindən çox ailəyə çadır, yataq, yorğan və qış geyimləri yardımı göstərib, eyni zamanda Səhiyyə Nazirliyi və xəstəxanalara da çox sayda tibbi ləvazimat və dərman göndərib. TİKA-nın illərdir Qəzzədə həyata keçirdiyi yardım layihələri çərçivəsində inşa olunan bəzi binalar İsrailin davam edən hücumları nəticəsində zərər görüb. Bu tikililər arasında inşasına 2011-ci ildə başlanılan və 2015-ci ildə tamamlanan Fələstin-Türkiyə Dostluq Xəstəxanası da var. 180 çarpayılıq xəstəxana, Fələstinin ən böyük və müasir tədris və tədqiqat xəstəxanası kimi tanınırdı.
Netanyahu Qəzzada atəşkəs və məhbusların azad olunması barəsində təklifləri rədd edib
Bu barədə İsrail mediası məlumat yayıb. Kanal 13 televiziyası tərəfindən yayımlanan gizli sənədlərə əsasən, Netanyahu hökuməti təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dəstəklədiyi hərtərəfli razılaşmaya qarşı çıxıb.
İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 36 fələstinli həyatını itirib
AzerVoice xəbər verir ki, İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 12-si uşaq, 15-i qadın olmaqla 36 fələstinli həyatını itirib.
Hollandiya İsrailin iki nazirinə ölkəyə girişi qadağan etdi
Hollandiya İsrailin iki nazirinin ölkəyə girişini qadağan edib və diplomatik münasibətlərdə gərginliyin artacağının siqnalını verib.
Suveydada atəşkəs əldə olunub
Suveydadakı qarşıdurmalardan sonra giriş-çıxış ordunun nəzarətindədir.