5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Hollandiya İsrailin iki nazirinə ölkəyə girişi qadağan etdi

Hollandiya İsrailin iki nazirinin ölkəyə girişini qadağan edib və diplomatik münasibətlərdə gərginliyin artacağının siqnalını verib.

29 İyul 2025 12:16
Baku
Hollandiya İsrailin iki nazirinə ölkəyə girişi qadağan etdi

BAKI, AzerVoice

Hollandiya İsrailin iki ifrat sağçı nazirinin ölkəyə girişini qadağan edib və diplomatik münasibətlərdə gərginliyin artacağının siqnalını verib.

AzerVoice xəbər verir ki, Hollandiya İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçə ölkəyə girişi qadağan edib. Rəsmi sənədlə açıqlanan qərar bu şəxslərin “etnik təmizləmə” yönlü çıxışları və zorakılığı təşviq edən ritorikaları ilə əsaslandırılıb.

Hollandiyanın Xarici İşlər Nazirliyi İsrailin Haaqadakı səfirini izahat üçün çağırıb və baş verənlərlə bağlı rəsmi etirazını çatdırıb.

Qərar bir neçə Qərb ölkəsinin, o cümlədən Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveçin israilli siyasətçilərə qarşı sanksiyalar tətbiq etməsindən sonra verilib. Həmin ölkələr oxşar əsaslarla bu şəxslərə qarşı səyahət qadağaları və rəsmi əlaqələrin məhdudlaşdırılması kimi addımlar atıblar.

Hollandiya hökuməti, həmçinin Avropa İttifaqının İsrailin tədqiqat fondlarına çıxışına məhdudiyyətlər qoyulması ilə bağlı tövsiyəsini dəstəklədiyini açıqlayıb. Eyni zamanda bildirilir ki, İsrailin Aİ ilə bağlanmış yardım və əməkdaşlıq sazişlərini pozması halında iqtisadi sanksiyaların gündəmə gətirilməsi mümkündür.

Qeyd edək ki, Ben-Qvir və Smotriç son aylarda Qəzza zolağında aparılan hərbi əməliyyatlara dəstək verən sərt çıxışlarla beynəlxalq reaksiyalara səbəb olublar. Hollandiya daxil olmaqla, bir sıra Avropa ölkələri bu ritorikanı tənqid edərək, regionda gərginliyin azaldılması üçün çağırışlar edirlər.

İsrail tərəfi hələlik Hollandiyanın qərarına rəsmi reaksiya verməyib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Hollandiya #İsraili #İsrail cinayətləri #İsrail hücumları #İsrail və Qəzza münaqişəsi #Hollandiyada ifrat sağçılar

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.