8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Qəzzaya hücumlarında 20 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.

5 Avqust 2025 13:07
Baku
İsrailin Qəzzaya hücumlarında 20 fələstinli həlak olub

BAKI, AzerVoice, Zeynəb Raminqızı

İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.

AzerVoice xəbər verir ki, İsrailin hücumları Qəzzanın cənub, mərkəz və şimal hissələrində yerləşən çadırlar, evlər və yardım gözləyən mülki əhalini hədəf alıb.

Netzarim bölgəsində, ABŞ-ın yardım paylama mərkəzinin yaxınlığında yardım üçün toplaşan insanlara açılan atəş nəticəsində 6 fələstinli ölüb. Xan Yunisin qərbindəki Mavasi bölgəsində köçkün çadırlarına edilən hava hücumu isə 5 nəfərin həyatına son qoyub.

Nusəyrat Qaçqınlar Düşərgəsinin Əbu Mualla bölgəsində artilleriya hücumu nəticəsində biri qadın olmaqla 2 nəfər, eyni zamanda əl-Tina küçəsindəki yardım paylama nöqtəsində baş verən hücumda isə 3 fələstinli həlak olub.

Qəzza şəhərində baş verən iki ayrı hava hücumunda daha 4 nəfər ölüb. Şeyx Radvan məhəlləsində və Əl-Nəfəq küçəsindəki yaşayış yerlərinə zərbələr endirilib, xeyli sayda insan yaralanıb.

Qəzza Səhiyyə Nazirliyi bildirir ki, mayın 27-də ABŞ-ın dəstəyi ilə tətbiq olunan Humanitar Yardım Fondu mexanizminə baxmayaraq, yardım gözləyən mülki əhaliyə edilən hücumlarda 1516 nəfər ölüb, 10067 nəfər yaralanıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada davam edən münaqişədə İsrail, beynəlxalq çağırışlara baxmayaraq, qadın və uşaqların üstünlük təşkil etdiyi 210 mindən çox fələstinlini öldürüb və ya yaralayıb. Bölgədə məcburi köçkünlük, aclıq, infrastrukturun məhv edilməsi və insan itkisi fəlakət həddinə çatıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #İsrail cinayətləri #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #İsrailin Fələstin torpaqlarını işğalı #İsrailin Fələstin siyasəti #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #İsrail və Qəzza münaqişəsi #İsrailin Qəzza siyasəti

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.