5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzanı ərəblərə təhvil vermək niyyətindəyik - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və bu ərazinin nəzarətini bölgədə təhlükə yaratmayan və yerli əhaliyə yaxşı həyat təmin edə biləcək ərəblərdən ibarət qüvvələrə vermək istəyir. Bu barədə Netanyahu Netanyahu “Fox News” telekanalına müsahibəsində danışıb.

7 Avqust 2025 19:01
Qəzzanı ərəblərə təhvil vermək niyyətindəyik - Netanyahu

BAKI, AzerVoice, Səməd Əyyubov – İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və bu ərazinin nəzarətini bölgədə təhlükə yaratmayan və yerli əhaliyə yaxşı həyat təmin edə biləcək ərəblərdən ibarət qüvvələrə vermək istəyir.

AzerVoice-un məlumatına görə, bu barədə Netanyahu Netanyahu “Fox News” telekanalına müsahibəsində danışıb.

“Biz Qəzzanı idarə etmək istəmirik. Bu ərazini bizə qarşı təhdid yaratmayan və Qəzza sakinlərinə yaxşı həyat təmin edə bilən ərəblərə təhvil vermək niyyətindəyik” – deyə, o qeyd edib.

O əlavə edib ki, İsrail Qəzza üzərində birbaşa nəzarətə maraqlı deyil, lakin ölkənin təhlükəsizliyini təmin etmək üçün “təhlükəsizlik perimetri” yaradılmasında israrlıdır.

Netanyahu bu planın yalnız HƏMAS hakimiyyətinə son qoyulduqdan sonra reallaşa biləcəyini vurğulayıb.

Qeyd edək, İsrail ordusu yanvar ayında qüvvəyə minmiş atəşkəsdən sonra martın 18-də Qəzza zolağına qarşı hərbi əməliyatlara yenidən başlayıb.

İsrailin 2023‑cü il oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində azı 61 min 158 fələstinli həlak olub, 151 min 442 nəfər yaralanıb.

İsrailin mart ayında atəşkəsi pozduqdan sonra həyata keçirdiyi hücumlarda isə 9 min 654 nəfər öldürülüb, 39 min 401 nəfər yaralanıb.

Mayın 27-dən bəri isə İsrail və ABŞ-ın təşkilatçılığı ilə “Qəzza Humanitar Yardım Fondu” adı altında yaradılan paylama məntəqələrində fələstinlilərə qarşı həyata keçirilən hücumlar nəticəsində ölənlərin sayı 1 655-ə, yaralıların sayı isə 11 min 800-ə çatıb.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.