6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Livan ərazisinə hava zərbələri endirib

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

15 Avqust 2025 22:05
İsrail ordusu Livan ərazisinə hava zərbələri endirib

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb.

AzerVoice xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.

Ordudan verilən açıqlamada bildirilib ki, ölkənin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdidin qarşısını almaq üçün əməliyyatlar davam etdiriləcək. İsrail ordusunun sözçüsü Avixay Edri də ötən gün Livanın cənubunda Hizbullaha aid bir neçə hədəf, o cümlədən yeraltı tunellərin vurulduğunu açıqlayıb. O da bu infrastrukturu razılaşmaların pozuntusu kimi dəyərləndirib və əməliyyatların davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, ötən ilin noyabrından etibarən, İsrail ilə Hizbullah arasında ilyarımdan çox davam edən münaqişəni dayandırmaq məqsədilə Livanda atəşkəs qüvvədədir. Lakin İsrail, xüsusilə cənub bölgələrdə, tez-tez hava hücumları həyata keçirərək Hizbullah üzvlərini və infrastrukturunu hədəf aldığını bildirir.

Məqalədə: #İsrail #Livan #Hizbullah #hava hücumu #Livan xəbərləri #İsrailin Hizbullah ittihamları #İsrail və Livan münaqişəsi #İsrail və Hizbullah qarşıdurması #Livanın cənubu #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Livan-İsrail gərginliyi #İsrail hücumları #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Hizbullah və İsrail döyüşləri #İsrailin hava hücumları #İsrailin hava zərbələri #Raket zərbəsi #Raket zərbələri #Hava zərbəsi #hava zərbələri #İsrail Livanda hərbi mövcudluq #İsrail hava zərbəsi #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.