7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS razılaşsa belə, İsrail Qəzzaya nəzarəti ələ alacaq - Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, hətta HƏMAS razılaşmaya razılıq versə belə, İsrail ordusu Qəzzaya nəzarəti ələ alacaq. “Biz bunu hər halda edəcəyik, bunda heç bir şübhə yoxdur. HƏMAS Qəzzada qalmayacaq. Müharibənin sonuna yaxınlaşırıq. Bu, İran və onun vasitəçilərini də əhatə edən yeddi cəbhədə aparılan müharibədir” – deyə Netanyahu qeyd edib.

21 Avqust 2025 18:08
HƏMAS razılaşsa belə, İsrail Qəzzaya nəzarəti ələ alacaq - Netanyahu

BAKI, AzerVoice, Səməd Əyyubov

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, hətta HƏMAS razılaşmaya razılıq versə belə, İsrail ordusu Qəzzaya nəzarəti ələ alacaq.

AzerVoice xəbər verir ki, o, bu barədə “Sky News” telekanalına müsahibəsində danışıb.

“Biz bunu hər halda edəcəyik, bunda heç bir şübhə yoxdur. HƏMAS Qəzzada qalmayacaq. Müharibənin sonuna yaxınlaşırıq. Bu, İran və onun vasitəçilərini də əhatə edən yeddi cəbhədə aparılan müharibədir” – deyə Netanyahu qeyd edib.

Baş nazir həmçinin bildirib ki, “əgər HƏMAS silahını yerə qoysa və əsirləri azad etsə, Qəzzadakı müharibə bu gün bitə bilər.”

İsrail ordusunun sözçüsü isə açıqlamasında bildirib ki, ordu həkimlər və beynəlxalq təşkilatlarla koordinasiya quraraq Qəzza şəhərinin sakinlərinə cənuba köçmək barədə xəbərdarlıqlar etməyə başlayıb.

Son saatlarda İsrail ordusunun intensiv hava zərbələri Qəzza şəhəri və ətraf əraziləri hədəf alıb. Bu hücumlar ordunun şəhərə nəzarəti ələ almaq üçün ilkin əməliyyatlara başladığını açıqlamasından cəmi bir gün sonra baş verib.

Xatırladaq ki, İsrail çərşənbə günü Qəzza şəhərinə nəzarəti təmin etmək məqsədilə hərbi planı təsdiqləyib və 60 min ehtiyat hərbçini xidmətə çağırıb. İki milyondan çox insanın yaşadığı Qəzza zolağında ağır humanitar böhranın daha da dərinləşdiyi bir vaxtda, hökumətin günün sonuna qədər şəhərdə əməliyyatı rəsmən təsdiqləməsi gözlənilir.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.