8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada ölüm sayısı 63 minə yaxınlaşıb

İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 61 nəfər artaraq 62 min 622-yə yüksəlib. Məlumata əsasən, İsrail ordusu 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən hücumlara başlayıb. Bu müddət ərzində 10 min 778 nəfər həlak olub, 45 min 632 nəfər yaralanıb.

23 Avqust 2025 16:11
Qəzzada ölüm sayısı 63 minə yaxınlaşıb

BAKI, AzerVoice, Fərid Mikayılov

İsrailin Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 61 nəfər artaraq 62 min 622-yə yüksəlib.

AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, son sutkada Qəzza zolağındakı xəstəxanalara 61 ölü və 308 yaralı gətirilib.

Məlumata əsasən, İsrail ordusu 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən hücumlara başlayıb. Bu müddət ərzində 10 min 778 nəfər həlak olub, 45 min 632 nəfər yaralanıb.

Nazirliyin açıqlamasında, xüsusilə ABŞ və İsrail tərəfindən yönləndirilən yardım paylama məntəqələrində fələstinlilərin hədəfə alındığı vurğulanır. 27 maydan bəri bu hücumlarda 2 min 76 nəfər öldürülüb, 15 min 308 nəfər yaralanıb. Son 24 saatda isə yardım almağa çalışan 16 nəfərin öldürüldüyü, 111 nəfərin yaralandığı bildirilib.

Qəzzada tətbiq edilən qida blokadası nəticəsində son bir gündə daha 8 nəfər aclıqdan dünyasını dəyişib. Beləliklə, aclıq səbəbindən ölənlərin ümumi sayı 281 nəfərə, onlardan 114-nün uşaq olduğuna diqqət çəkilib.

7 oktyabr 2023-dən bəri davam edən hücumlarda ümumilikdə 62 min 622 nəfər həlak olub, 157 min 673 nəfər yaralanıb.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #HƏMAS #Fələstin Səhiyyə Nazirliyi #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #İsrail və HƏMAS müharibəsi #İsrail və Qəzza münaqişəsi #Qəzzada uşaq ölümü

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.