5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Yəməndə Husilər beynəlxalq təşkilatların binalarına basqın ediblər

Yəmən hökumət mənbələrinin məlumatına görə, husilər bazar günü paytaxt Sənada BMT əməkdaşlarına qarşı yeni həbslər həyata keçiriblər.

31 Avqust 2025 16:47
Yəməndə Husilər beynəlxalq təşkilatların binalarına basqın ediblər

BAKI, AzerVoice, Səməd Əyyubov

Yəmən hökumət mənbələrinin məlumatına görə, husilər bazar günü paytaxt Sənada BMT əməkdaşlarına qarşı yeni həbslər həyata keçiriblər.

AzerVoice xəbər verir ki, silahlı dəstələr beynəlxalq təşkilatların binalarına daxil olaraq bir neçə əməkdaşı saxlayıblar. Bu, son aylarda humanitar sahədə çalışanlara qarşı həyata keçirilən yeni həbslər dalğasının davamıdır.

Hazırda onlarla BMT əməkdaşı və beynəlxalq təşkilat nümayəndəsi husilərin nəzarətindəki həbsxanalarda saxlanılır, bəziləri isə artıq dörd ilə yaxındır ki, azadlıqlarından məhrumdurlar. Son həbslər, hərəkatın baş naziri Əhməd Rəhvinin və bir neçə nazirin İsrailin hava zərbəsi nəticəsində həlak olduğunu husilərin etiraf etməsindən sonra baş verib.

İranla müttəfiq olan husilərin yüzlərlə məcburi yoxa çıxma hadisəsinə görə məsuliyyət daşıdığını qeyd edən beynəlxalq hüquq təşkilatlarının hesabatları fonunda, bu addım hökumətin sərt reaksiyasına səbəb olub. Yəmən informasiya naziri Muammer əl-Eryani hadisəni BMT-yə və onun əməkdaşlarına qarşı “vəhşi hücum” adlandırıb.

Nazirin sözlərinə görə, husilər Sənada Ümumdünya Ərzaq Proqramının binasına basqın edərək iki əməkdaşı qaçırıblar, bir neçəsini isə içəridə saxlayıblar. Bundan əlavə, bəzi BMT əməkdaşları ev dustaqlığına məruz qalıb. Hücumun UNICEF-in mühafizəçilərinə də yönəldiyi, eləcə də əl-Hudeyda vilayətində oxşar həbslərin həyata keçirildiyi bildirilir.

BMT hadisələrlə bağlı hələlik rəsmi açıqlama verməyib. Əl-Eryani isə bu kampaniyanı “humanitar fəaliyyətlə məşğul olanlara qarşı təzyiq” adlandıraraq beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. O, təşkilatları ofislərinin müvəqqəti paytaxt Ədənə köçürülməsinə və beynəlxalq ictimaiyyəti BMT əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün dərhal tədbir görməyə çağırıb. Nazir, həmçinin, husilərin terror təşkilatı kimi tanınmasını, onların maliyyə mənbələrinin kəsilməsini və bu istiqamətdə Avropa İttifaqı, Böyük Britaniya və digər ölkələrin konkret addımlar atmasını tələb edib.

Qeyd edək ki, Yəmən Milli Əsirlər və Qaçırılanlar İdarəsinin (hökumət qurumu) açıqlamasına görə, 2024-cü ilin iyunundan 2025-ci ilin avqustunadək husilər ümumilikdə 228 nəfəri qaçırıb və ya gizli saxlayıb. Onların arasında 71 BMT və beynəlxalq təşkilat əməkdaşı da var. Qurumun məlumatına görə, həbslər çox vaxt evlərə zorla basqın edilməklə həyata keçirilir, şəxslərin əmlakı müsadirə olunur, insanlar naməlum yerlərə aparılır və işgəncə altında çəkilmiş “etiraf” videoları yayımlanır.

Məqalədə: #BMT #Yəmən #Husilər #BMT Ümumdünya Ərzaq Proqramı #Yəməndə Husiilər 2025 #Yəməndə daxili münaqişələr #Husiilərin Yəməndə hərbi planları #Husilərin ideologiyası #Husilər və regional geosiyasət #Husilərin hərbi strategiyası

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.