4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Husilərə qarşı Tövratdakı 10 bəlanı tətbiq edəcəyik - İsrail Kats

İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki husilərə qarşı sərt bəyanatla çıxış edib. O, husilərin İsrailə qarşı raket hücumlarını intensivləşdirməsindən sonra onları Tövratda qeyd olunan “Misir bəlaları” nı yaşadacaqlarını qeyd edib. “Husilər İsrailə yenidən raket atır. Qaranlıq bəlası, ilk doğulanların bəlası — biz bütün 10 bəlanı tamamlayacağıq.”- Kats “X” sosial şəbəkəsində yazıb. Nazirin işarə etdiyi 10 bəla, Tövratın “Çıxış” kitabında təsvir olunan və İsrail oğullarının azad olunması üçün Misir fironuna göndərilən fəlakətləri əhatə edir.

4 Sentyabr 2025 13:49
Husilərə qarşı Tövratdakı 10 bəlanı tətbiq edəcəyik - İsrail Kats

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin müdafiə naziri İsrail Kats Yəməndəki husilərə qarşı sərt bəyanatla çıxış edib. O, husilərin İsrailə qarşı raket hücumlarını intensivləşdirməsindən sonra onları Tövratda qeyd olunan “Misir bəlaları” nı yaşadacaqlarını qeyd edib.

AzerVoice xəbər verir ki, “Husilər İsrailə yenidən raket atır. Qaranlıq bəlası, ilk doğulanların bəlası — biz bütün 10 bəlanı tamamlayacağıq.”- Kats “X” sosial şəbəkəsində yazıb.

Nazirin işarə etdiyi 10 bəla, Tövratın “Çıxış” kitabında təsvir olunan və İsrail oğullarının azad olunması üçün Misir fironuna göndərilən fəlakətləri əhatə edir.

Tövrata görə Allah İsrail oğullarını əsirlikdən azad etmək üçün fironun inadkarlığına cavab olaraq Misirə 10 bəla göndərmişdi. Onlar belə sıralanır:

  1. Nil çayının qana çevrilməsi – balıqlar öldü, su içilməz hala gəldi.
  2. Qurbağaların çoxalması – bütün Misir torpağına yayılıb evləri, həyatı iflic etdi.
  3. Ağcaqanadların (bitlərin) basqını – torpaqdan çıxaraq insan və heyvanların üzərinə yayıldı.
  4. Ataların (milçək sürülərinin) istilası – bütün ölkəni bürüdü.
  5. Heyvanların kütləvi ölümü – atlar, inəklər, qoyunlar və digər mal-qara qırıldı.
  6. İrinli yaralar və çıbanlar – insanlar və heyvanlar xəstəlikdən əziyyət çəkdi.
  7. Dolu və ildırım fırtınası – ekinləri, ağacları və mal-qaranı məhv etdi.
  8. Çəyirtkələrin hücumu – bütün məhsulu yeyərək ölkəni aclığa sürüklədi.
  9. Qaranlıq bəlası – üç gün boyunca bütün Misiri qatı zülmət bürüdü.
  10. Birinci övladların ölümü – Misirdə ilk doğulan bütün oğlan uşaqları və heyvanların ilk balaları öldü; yalnız qapılarına qurban qanı sürtülən İsrail oğullarının evləri xilas oldu.

Bu bəlalar fironu İsrail oğullarını azad etməyə məcbur etdi və Musa onları Misirdən çıxardı

Məqalədə: #Yəmən #Husilər #Husi #Husi liderlərinin həbsi #Yəməndə Husiilər 2025 #Yəmən atəşkəsi pozuldu #Husiilər və İran əlaqələri #Yəməndə daxili münaqişələr #Yəmən humanitar böhranı 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəmən sülh danışıqları 2025 #Yəməndə Husiilərin hərbi strategiyası #Husilərin ideologiyası #Husilər və beynəlxalq ticarət #Husilərin hərbi strategiyası #Yisrael Kats #Tövrat

Mövzu üzrə digər xəbərlər

Yəməndə ərzaq böhranı dərinləşir
Yəmən

Yəməndə ərzaq böhranı dərinləşir

3 Sentyabr 12:55
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir
Yəmən

Yəmən hökuməti nəzarətindəki hava limanlarının fəaliyyətini qiymətləndirir

2 Sentyabr 16:13
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəmən

Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb

2 Sentyabr 09:48

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.