7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzanın idarə və təhlükəsizliyinə yalnız Fələstin Dövləti cavabdehdir - Mahmud Abbas

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

23 Sentyabr 2025 09:30
Qəzzanın idarə və təhlükəsizliyinə yalnız Fələstin Dövləti cavabdehdir - Mahmud Abbas

BAKI, AzerVoice, Nailə Babazadə

Qəzzada idarə və təhlükəsizliklə bağlı məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir.

AzerVoice xəbər verir ki, Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir.

ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

Fələstin Dövlətini tanıyan ölkələrin mövqeyini təqdir etdiyini vurğulayan Abbas, hələ tanımayan ölkələrə çağırış edərək, Fələstinin BMT-də tam üzv olması üçün dəstək istəyib.

Abbas, Fransa, İngiltərə, Kanada, Avstraliya, Belçika, Portuqaliya, Lüksemburq, San-Marino və Andorranın yanaşı, Fələstini əvvəlcədən tanıyan ölkələrə də təşəkkürünü bildirib.

“Qəzzada idarə və təhlükəsizliklə bağlı məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir,” – deyə Abbas bildirib və Qəzzanın idarəsində rolu olmadığını vurğuladığı HƏMAS və digər qrupların silahlarını Fələstin hakimiyyətinə təhvil vermələrini tələb edib.

Abbas, Qəzza zolağına humanitar yardımın daxil olmasını, israilli əsirlərlə fələstinli məhbusların azad edilməsini, İsrail ordusunun Qəzzadan çəkilməsini və bərpa işlərinin gecikmədən başlamasını təmin edəcək daimi atəşkəs çağırışı edib.

İsrail ilə HƏMAS arasında dolayı danışıqlara vasitəçilik edən ABŞ, Misir və Qətərin rolunu yüksək qiymətləndirdiyini deyən Abbas, İsrailin Qəzza zolağında fələstinlilərə qarşı yerindən etmə siyasətinə qarşı Qahirə və Əmman hakimiyyətlərinin mövqeyini də təqdirlə qarşıladığını bildirib.

İsrailin Qətər və digər bölgə ölkələrinə qarşı hücumlarına toxunan Abbas, “Qardaş Qətərə və digər ərəb ölkələrinin suverenliyinə yönəlmiş hücumları qınayırıq,” – deyə bəyan edib.

Fələstin hökumətinin şəffaflıq və hüququn aliliyinə əsaslanan genişmiqyaslı islahat gündəmini həyata keçirdiyini vurğulayan Abbas, Qəzza zolağına hücumların dayandırılmasından sonra növbəti bir il ərzində prezident və parlament seçkilərinin keçirilməsi, hakimiyyətdən dövlətə keçid üçün isə üç ay ərzində konstitusiya layihəsinin hazırlanacağını vəd edib.

Beynəlxalq hüquqa məhəl qoymayan İsrailin “Böyük İsrail” ritorikasını və Qüdsü təcrid edən işğal siyasətlərini qınadığını bildirən Abbas, “ilhaq, məskunlaşmaçı terroru, İslam və Xristian aləminin müqəddəslərinə qarşı hücumların” dayandırılmasını tələb edib.

Abbas fələstinlilərə müraciətlə, “Azadlıq və müstəqillik şəfəqi nəhayət ki, labüd şəkildə gələcək,” – deyib.

İsraillilərə də səslənən Fələstin Dövlət Başçısı Abbas, “Bizim və sizin gələcəyiniz sülhdədir, zorakılıq və müharibə dayansın. Bu münasibətlə bütün dünyadakı yəhudilərə İvrit Yeni İli münasibətilə xoş bir il arzulayıram,” – deyə əlavə edib.

İngiltərə, Kanada və Avstraliya kimi ölkələr konfransdan əvvəl Fələstin Dövlətini tanıdıqlarını bəyan ediblər, Fransa isə bu qərarını konfrans zamanı elan edib.

Məqalədə: #Qəzza #Fələstin #Qəzza zolağı #BMT #Səudiyyə Ərəbistanı #ABŞ #Fransa #Doha #Mahmud Abbas #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Qəzzada humanitar böhran #Qəzza sakinlərinin köçü #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Dohada görüş #Doha partlayış

Mövzu üzrə digər xəbərlər

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Səudiyyə Ərəbistanı

Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub

14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Səudiyyə Ərəbistanı

Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur

14:00
Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir
Fələstin

Səudiyyə Ərəbistanı Qəzza sakinlərinə humanitar yardımı davam etdirir

13:35
Səudiyyə Ərəbistanında tikinti sektoru dördüncü ay ardıcıl böyüyüb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında tikinti sektoru dördüncü ay ardıcıl böyüyüb

13:28

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.