8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail, Fələstinlilərin İordaniyaya keçidini dayandırdı

İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb. İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib. Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.

23 Sentyabr 2025 16:44
İsrail, Fələstinlilərin İordaniyaya keçidini dayandırdı

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb.

AzerVoice xəbər verir ki, İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib.

Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.

Bu sərhəd keçidi, Qərbi Şəriədə yaşayan fələstinlilərin xarici dünyaya çıxmaq üçün istifadə etdiyi yeganə yol olmaqla yanaşı, Fələstin Muxtariyyətinin yüksək rütbəli rəsmilərinin də İordaniyaya keçmək üçün istifadə etdiyi bir nöqtədir.

Qeyd edək ki, İsrailin bu sərhəd keçidində tətbiq etdiyi özbaşına qaydalar, uzun növbələr və keçid problemləri Fələstin rəhbərliyi tərəfindən daim tənqid edilir. Keçid ötən həftə iki israilli əsgərin həlak olduğu hücumdan sonra müvəqqəti bağlanmış, daha sonra yenidən açılmışdı.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #İordan çayının qərb sahili #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #İsrail və Fələstin münaqişəsi 2025 #Qəzza sakinlərinin köçü #Fələstin-İsrail münaqişəsi #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Fələstin-İsrail iki dövlətli həll

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

7 Sentyabr 19:43
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Digər Dövlətlər

Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər

7 Sentyabr 19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.