5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı ABŞ-ın Qəzza üzrə sülh planını alqışlayır

Riyadda vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman sədrliyi ilə keçirilən iclasda krallığın ABŞ-la əməkdaşlığa hazır olduğu vurğulanıb. Məqsəd,İsrailin Qəzzadan tam çıxışı, kifayət qədər humanitar yardımın təmin edilməsi və “iki dövlətli həll” əsasında 1967-ci sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaqdır.

1 Oktyabr 2025 00:23
Səudiyyə Ərəbistanı ABŞ-ın Qəzza üzrə sülh planını alqışlayır

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı Nazirlər Şurası çərşənbə axşamı keçirilən iclasda ABŞ Prezidenti Donald Tramp administrasiyasının Qəzzadakı müharibəni dayandırmaq, bölgəni yenidən qurmaq və humanitar yardımların maneəsiz daxil olmasını təmin edən sülh planını müsbət qarşıladığını açıqlayıb.

AzerVoice xəbər verir ki,Riyadda vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman sədrliyi ilə keçirilən iclasda krallığın ABŞ-la əməkdaşlığa hazır olduğu vurğulanıb. Məqsəd,İsrailin Qəzzadan tam çıxışı, kifayət qədər humanitar yardımın təmin edilməsi və “iki dövlətli həll” əsasında 1967-ci sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaqdır.

Nazirlər Şurası həmçinin Səudiyyə nümayəndə heyətinin BMT Baş Assambleyasının 80-ci sessiyasında və digər beynəlxalq görüşlərdə fəal iştirakını yüksək qiymətləndirib. Qeyd olunub ki, bu, krallığın beynəlxalq siyasətdə mərkəzi rolunu və sülh, ədalət, dialoq prinsiplərinə bağlılığını nümayiş etdirir.

Şura bəyan edib ki, Səudiyyənin diplomatik səyləri nəticəsində Fələstin dövlətini tanıyan ölkələrin sayı artmaqdadır. Bu isə fələstinlilərin öz müqəddəratını təyin etmək haqqını möhkəmləndirən beynəlxalq iradənin gücləndiyini göstərir.

Nazirlər Şurası Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin son səfərinin nəticələrini də yüksək dəyərləndirib. Səfər çərçivəsində imzalanmış “Birgə Strateji Müdafiə” sazişi iki ölkə arasında hərbi əməkdaşlığı dərinləşdirməyi, bölgədə və dünyada sülh və təhlükəsizliyi möhkəmləndirməyi hədəfləyir.

İclasda vəliəhd şahzadə ölkənin 95-ci milli günü münasibətilə dəstək və təbrik ünvanlayan dost və qardaş ölkələrin liderlərinə təşəkkür edib.

Nazirlər Şurası Səudiyyənin Beynəlxalq Atom Enerjisi Agentliyi İdarəçilər Şurasına üzv seçilməsini, eləcə də ICAO-Beynəlxalq Mülki Aviasiya Təşkilatına 175 səslə üzv seçilməsini ölkənin beynəlxalq nüfuzuna göstərilən etimad kimi qiymətləndirib.

Həmçinin, İmam Turki bin Abdullah Kral Qoruğunun UNESCO-nun “İnsan və biosfer” proqramına qəbul edilməsi krallığın ekoloji müxtəlifliyin qorunması və davamlı inkişaf siyasətinə sadiqliyinin göstəricisi kimi qeyd olunub.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Səudiyyə Ərəbistanı #Donald Tramp #Riyad #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Donald Tramp və Qəzza planı #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #ABŞ-ın Qəzza üzrə sülh planı

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.