5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Tramp deyir ki, Qəzza razılaşması İsrail üçün böyük anlaşmadır

ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Qəzza zolağında müharibəyə son qoymaq üçün irəli sürdüyü plan İsrail üçün böyük bir razılaşmadır.

5 Oktyabr 2025 20:05
Tramp deyir ki, Qəzza razılaşması İsrail üçün böyük anlaşmadır

BAKI,AzerVoice

ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Qəzza zolağında müharibəyə son qoymaq üçün irəli sürdüyü plan İsrail üçün böyük bir razılaşmadır.

AzerVoice xəbər verir ki, Tramp, “HƏMAS” hərəkatının onun 20 maddədən ibarət təklifinin əsas hissələrini müharibənin dayandırılması, İsrail qüvvələrinin Qəzzadan çıxarılması və israilli girovların azad edilməsi qarşılığında fələstinli məhbusların buraxılmasını - qismən qəbul etdiyini bəyan etməsini müsbət addım kimi qiymətləndirib.

“Əgər HƏMAS hakimiyyətdən imtina edib Qəzza üzərindəki nəzarəti təhvil verməsə, “tam məhvolma” ilə üzləşəcək”- deyə Tramp vurğulayıb.

Tramp CNN telekanalına açıqlamasında, İsrailin baş naziri Binyamin Netanyahunun atəşkəsə və ABŞ-ın ümumi baxışına razı olub-olmadığı sualına cavab verərək deyib ki, : “Bəli, Bibi ilə bu məsələdə eyni fikirdəyik.”

Bazar günü yayımlanan həmin müsahibədə Tramp əlavə edib ki, HƏMAS-ın sülhə sadiqliyinin tezliklə aydın olacağını gözləyir.

Respublikaçı senator Lindsi Qrehemin HƏMAS-ın Trampın planına cavabını “praktiki rədd” kimi qiymətləndirməsinə münasibət bildirən ABŞ prezidenti deyib.

“Görəcəyik. Zaman hər şeyi göstərəcək.”-deyə senator bildirib.

Digər tərəfdən, ABŞ-ın dövlət katibi Marko Rubio bazar günü bəyan edib ki, HƏMAS tərəfindən saxlanılan girovların azad olunması ilə bağlı razılaşma əldə edilərsə, İsrailin Qəzzadakı bombardmanlarını dayandırması zəruridir.

“Logistik detallarda razılıq əldə olunduqdan sonra, israillilər də daxil olmaqla, hamı anlayacaq ki, bombardman davam edərkən girovların azad edilməsi mümkün deyil. Buna görə də hücumlar dayandırılmalıdır.”- Rubio CBS News-a açıqlamasında deyib.

O, razılaşmanın “çox tez bir zamanda” əldə edilməsinin vacibliyini vurğulayıb.

İsrail mediası isə Netanyahunun bəyanatına istinadla yazıb ki, Trampın atəşkəs planının digər maddələri yalnız bütün girovlar - istər sağ, istər ölü - azad edildikdən sonra icra olunacaq. Əks halda, İsrail Qəzzaya hərbi hücumlarını bərpa edəcək.

Məqalədə: #Qəzza #Donald Tramp #Beynəlxalq Cinayət Məhkəməsi #Marko Rubio #Trampın Qəzza planı #Trampın siyasətləri #Tramp administrasiyası #İsrail cinayətləri #Trampın fərmanları #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #Tramp və Putin Səudiyyə Ərəbistanında #BMT-nin Qəzza hesabatı #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Donald Tramp Qəzzə planı

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.