7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

HƏMAS və vasitəçilər arasında Şarm əş-Şeyxdə ilk danışıqlar başa çatdı

AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.

7 Oktyabr 2025 06:44
HƏMAS və vasitəçilər arasında Şarm əş-Şeyxdə ilk danışıqlar başa çatdı

BAKI,AzerVoice

Şarm əş-Şeyxdə HƏMAS və beynəlxalq vasitəçilər arasında aparılan birinci mərhələ danışıqları müsbət atmosferdə başa çatıb.

AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.

Müzakirələr ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi “Qəzza planı” əsasında aparılır. Bu plan münaqişənin dayandırılması, məhbus mübadiləsi və bölgədə sabitliyin bərpasını əhatə edir.

HƏMAS mənbələrinin bildirdiyinə görə, Misir, Qətər, ABŞvə Türkiyədən olan vasitəçilərin iştiraki ilə keçirilən ilk sessiyada cari danişiqlar üçün xəritə və zaman çərçivəsi müəyyən edilib. HƏMAS nümayəndə heyəti vasitəçilərə bildirib ki, İsrailin davam edən bombardmanları əsirlərin azad olunması məsələsində “ciddi maneə” yaradır və əməliyyatların dərhal dayandırılmasının zəruriliyini vurğulayıb.

HƏMAS nümayəndə heyətinə Xəlil əl-Hayya və Zahir Cabarin rəhbərlik edib. Hər iki şəxs ötən ay Qətərin paytaxtı Dohada həyata keçirilən uğursuz sui-qəsd cəhdindən sağ çıxan nümayəndələr sırasındadır.

Danışıqların gündəliyi: atəşkəs, geri çəkilmə və məhbus mübadiləsi

Fələstin mənbələrinin məlumatına görə, danışıqlar atəşkəsin bərqərar olunması, İsrail qoşunlarının Qəzzadan mərhələli şəkildə çıxarılması, əsir və saxlanılan şəxslərin mübadiləsi kimi əsas məsələlərə yönəlib. Həmçinin humanitar yardım və təxirəsalınmaz bərpa tədbirləri də gündəmdədir.

Vasitəçilər dəqiq zaman cədvəli üzərində işləyir və atəşkəsin yerində möhkəmləndirilməsi üçün razılaşma əldə etməyə çalışırlar. Danışıqların bir neçə gün davam edəcəyi və tərəflərin mövqelərində hələ də fərqliliklər olduğu bildirilir.

İsrailin “Kanal 13” televiziya kanalı xəbər verir ki, Baş nazir Binyamin Netanyahu vasitəçilərə Tramp planının müddəalarında heç bir yumşalma göstərməyəcəyini bildirib. İsrail tərəfi qarşıdakı günlərin danışıqlar prosesində həlledici olacağını hesab edir.

Eyni zamanda İsrail mediası danışıqlarda Qəzzanın müharibədən sonrakı idarəçiliyi məsələsinin də gündəmdə olduğunu, bölgədə müvəqqəti beynəlxalq qüvvə formalaşdırılmasının müzakirə edildiyini yazır.

Fələstin mənbələrinə görə, HƏMAS hər hansı razılaşma əldə olunarsa, onun İsrail tərəfindən pozulmaması üçün beynəlxalq zəmanət və effektiv nəzarət mexanizmi yaradılmasını tələb edir.

Məqalədə: #Benyamin Netanyahu #Donald Tramp #HƏMAS #Doha #Binyamin Netanyahu #İsrail cinayətləri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Donald Tramp və Qəzza planı #İran və HƏMAS əlaqələri #HƏMAS və İslami Cihad #HƏMAS-ın mövqeyi #Donald Tramp 2025 siyasəti #Donald Tramp Qəzzə planı #Doha partlayış #Şarm əş-Şeyx görüşü #Misirin Şarm əş-Şeyx şəhəri #HƏMAS İsrail danışıqları #Xəlil əl-Hayya #Zahir Cabarin

Mövzu üzrə digər xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37
İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi
Fələstin

İsrail Fələstin Administrasiyasını “tammiqyaslı müharibə” ilə hədələdi

18:17
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41

Son Xəbərlər

BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
19:41
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
Böyük Britaniya İsrail yaşayış məntəqələri ilə bağlı ticarət qadağası tətbiq edə bilər
19:39
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.