6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Girovlar qaytarıldıqdan sonra HƏMAS məhv edilməlidir - Smotriç

İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.

9 Oktyabr 2025 14:29
Girovlar qaytarıldıqdan sonra HƏMAS məhv edilməlidir - Smotriç

BAKI, AzerVoice, Nailə Babazadə

İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb.

AzerVoice xəbər verir ki, nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.

“Məndə qarışıq hisslər var: bir tərəfdən girovların qayıdışına sevinirəm, digər tərəfdən isə azad ediləcək gələcək terror liderlərinin yaratdığı təhlükədən narahatam. Buna görə nə bu razılaşmanı təqdir edə, nə də onun lehinə səs verə bilərik.”-deyə o bildirib.

Smotriçin bu bəyanatı ABŞ Prezidenti Donald Trampın İsrail və HƏMAS arasında Qəzza üzrə sülh planının birinci mərhələsinin imzalanmasını elan etməsindən sonra verilib. Tramp “Truth Social” platformasında yazıb.

“İsrail və HƏMAS ABŞ-ın təklif etdiyi planın birinci mərhələsini imzalayıb. Bu, bütün israilli girovların azad ediləcəyi və İsrailin qüvvələrini razılaşdırılmış xəttə qədər geri çəkəcəyi anlamına gəlir. Bu, davamlı və ədalətli sülhə doğru ilk addımdır.”-deyə Tramp yazıb.

Tramp həmçinin qeyd edib ki, bu razılaşma “ərəb və islam dünyası, İsrail, qonşu dövlətlər və ABŞ üçün böyük bir gündür”, və Qətər, Misir və Türkiyəyə vasitəçilik səylərinə görə təşəkkürünü bildirib.
Baş nazir Benyamin Netanyahu da bu gün hökumətin Qəzzədə atəşkəs razılaşmasını təsdiqləməsi üçün iclas çağıracağını bildirib.

“Bu, İsrail üçün böyük bir gündür,” – deyə Netanyahunun bəyanatında qeyd olunub.

Netanyahunun ofisi əlavə edib ki, baş nazir və Tramp “tarixi nailiyyət” münasibətilə telefonla danışaraq bir-birlərini təbrik ediblər və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Netanyahu, həmçinin, Trampı Knessetdə çıxış etməyə dəvət edib.

Digər tərəfdən, HƏMAS da bəyan edib ki, müharibənin başa çatdırılması, İsrailin Qəzzədən çıxması, humanitar yardımların daxil olması və əsir mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Hərəkat Trampı, eləcə də razılaşmanın zəmanətçiləri olan ərəb və islam ölkələrini İsraili öhdəliklərini tam yerinə yetirməyə məcbur etməyə çağırıb.

Məqalədə: #Qəzza #Benyamin Netanyahu #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #HƏMAS girovları #Qəzzanın işğalı #HƏMAS-ın mövqeyi #Betsalel Smotriç

Mövzu üzrə digər xəbərlər

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.