8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir. Hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.

10 Oktyabr 2025 11:37
İsrail Qəzzaya hücumları atəşkəsə baxmayaraq davam edir

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir.

AzerVoice xəbər verir ki, hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.

Şahidlər, həmçinin İsrail ordusuna məxsus tanklardan Qəzzanın şimalı ilə cənubunu bir-birindən ayıran Netzarim Dəhlizi ətrafına atəş açıldığını bildiriblər.

Bundan əlavə, Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şimal-qərbində yerləşən Şakuş bölgəsi yaxınlığında mövqe tutmuş İsrail hərbi maşınlarının, məcburi köçkünlərin sığındığı ev və çadırlara atəş açdığı qeyd edilib.

İsrail artilleriya birlikləri həmçinin cənubdakı Xan Yunis şəhərinin şimal-şərqinə duman bombaları atıb və şəhər mərkəzinə hava hücumu təşkil edib.

Qəzzadakı Səhiyyə Nazirliyi son hücumlarla bağlı hələlik ölən və ya yaralananlarla bağlı açıqlama yaymayıb.

İsrail hökuməti ABŞ Prezidenti Donald Trampın planı çərçivəsində Qəzzadakı atəşkəs razılaşmasını təsdiqləmişdi.

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, hökumət üzvlərinin əksəriyyəti razılaşmanı təsdiqləsə də, Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir və Maliyyə Naziri Bezalel Smotriç daxil olmaqla 5 radikal sağçı nazir "əleyhinə" səs verib.

Məqalədə: #Qəzza #Qəzza zolağı #HƏMAS #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Donald Tramp və Qəzza planı

Mövzu üzrə digər xəbərlər

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

16:28
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəmən

Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub

15:59
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan

Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır

14:48
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

14:09

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.