5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Makron Qəzza danışıqları üçün Misirə səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron Qəzza danışıqları üçün bu gün Misirə səfər edəcək .

12 Oktyabr 2025 00:20
Makron Qəzza danışıqları üçün Misirə səfər edəcək

BAKI, AzerVoice, Orxan Qədirzadə

Fransa Prezidenti Emmanuel Makron Qəzza danışıqları üçün bu gün Misirə səfər edəcək .

AzerVoice-un məlumatına görə, Makron ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Misirdə təşkil olunacaq Liderlər Zirvəsində iştirak edəcək.

Trampın Misirə səfəri çərçivəsində keçiriləcək zirvə toplantısında Qəzza razılaşması, regional və beynəlxalq məsələlər, o cümlədən təhlükəsizlik və əməkdaşlıqla bağlı mövzuların müzakirə olunacağı gözlənilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da HƏMAS və İsrailin sülh planının birinci mərhələsini imzaladıqlarını elan etmişdi.

Ardınca Fələstin İslam Müqavimət Hərəkatı - HƏMAS-da Qəzzada davam edən müharibənin başa çatdırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyini elan etdi.

Razılaşma işğal qüvvələrinin çıxarılması, humanitar yardımların daxil olması və əsirlərin mübadiləsini əhatə edir.

Hərəkatın açıqlamasında bildirilir ki, əldə olunmuş razılaşma müharibənin dayandırılması, İsrail işğal qüvvələrinin Qəzzadan çıxarılması, humanitar yardımların bölgəyə daxil olması və əsirlərin qarşılıqlı mübadiləsi kimi əsas maddələri əhatə edir.

HƏMAS rəhbərliyi razılaşmanın Qəzzada uzunmüddətli sülh və sabitliyin bərpasına, eyni zamanda humanitar böhranın yüngülləşdirilməsinə töhfə verəcəyinə ümid etdiklərini bildirib.

Misir prezidenti Əbdülfəttah Əs-Sisi tərəflər razılığa gələcəyi təqdirdə, atəşkəs sazişinin imzalanması mərasiminə ABŞ Prezidenti Donald Trampı da Misirə dəvət etmişdi.

Məqalədə: #Türkiyə #İsrail #Fələstin #BƏƏ #ABŞ #Fransa #Misir #Qətər #HƏMAS #Emmanuel Makron #Əbdülfəttah əs-Sisi #Yaxın Şərq #Trampın Qəzza planı #Qəzza razılaşması

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.