5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Trampa ali mülki orden təqdim edəcək

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mülki ordenini təqdim edəcəyini açıqlayıb. Təltif qərarı Trampın Qəzzada girovların azad edilməsində və müharibənin dayandırılmasında göstərdiyi səylərə görə qəbul edilib. Prezident Hersoqun ofisindən yayılan bəyanatda bildirilib ki, “Tramp tükənməz səyləri ilə təkcə sevdiklərimizin vətənə qayıtmasına kömək etmədi, həm də Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə əsaslanan yeni dövrün təməlini qoydu. Onu İsrailin Prezident Şərəf Ordeni ilə təltif etmək mənim üçün böyük şərəf olacaq”.

13 Oktyabr 2025 10:23
İsrail Trampa ali mülki orden təqdim edəcək

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mülki ordenini təqdim edəcəyini açıqlayıb. Təltif qərarı Trampın Qəzzada girovların azad edilməsində və müharibənin dayandırılmasında göstərdiyi səylərə görə qəbul edilib.

AzerVoice xəbər verir ki,Prezident Hersoqun ofisindən yayılan bəyanatda bildirilib ki, “Tramp tükənməz səyləri ilə təkcə sevdiklərimizin vətənə qayıtmasına kömək etmədi, həm də Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə əsaslanan yeni dövrün təməlini qoydu. Onu İsrailin Prezident Şərəf Ordeni ilə təltif etmək mənim üçün böyük şərəf olacaq”.

Məlumata görə, ordenin təqdimetmə mərasimi yaxın aylarda baş tutacaq, lakin Hersoq qərar barədə Trampa onun bu gün İsrailə səfəri zamanı məlumat verəcək. Tramp səfər çərçivəsində Knessetdə çıxış edəcək və girov ailələri ilə görüşəcək.

Eyni gün İsrail və “HƏMAS” arasında Trampın 20 maddəlik sülh planının birinci mərhələsi çərçivəsində girov-məhbus mübadiləsi aparılacaq. Plan iki ildən çox davam edən Qəzza müharibəsini dayandırmağı hədəfləyir.

İsrail Prezident Administrasiyasının məlumatına əsasən, Prezident Şərəf Ordeni ölkəyə və ya bəşəriyyətə əhəmiyyətli töhfə vermiş şəxslərə təqdim olunur.
Qeyd edək ki, İsrail bu ordeni sonuncu dəfə 2013-cü ildə ABŞ-ın sabiq prezidenti Barak Obamaya təqdim etmişdi.

Məqalədə: #Donald Tramp #Trampın Qəzza planı #Trampın siyasətləri #Trampın iddiaları #ABŞ-İsrail ortaq strategiyası #Donald Tramp və Qəzza planı #Trampın Yaxın Şərq siyasəti #ABŞ-İsrail texnoloji əməkdaşlığı #Donald Tramp 2025 siyasəti #ABŞ İsrail dəstəyi

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.