7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail daha 30 fələstinlinin cəsədini Qəzzaya təhvil verdi

Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.

16 Oktyabr 2025 15:44
İsrail daha 30 fələstinlinin cəsədini Qəzzaya təhvil verdi

BAKI, AzerVoice, Fərid Mikayılov

Qəzzə Zolağındakı Səhiyyə Nazirliyi İsraildən daha 30 fələstinlinin cəsədinin təhvil alındığını bildirib.

AzerVoice xəbər verir ki, nazirliyin Telegram hesabında yayımlanan açıqlamada qeyd olunub ki, cəsədlər Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) vasitəçiliyi ilə İsraildən Qəzzaya gətirilib.

Məlumata görə, bundan öncəki iki gün ərzində daha 90 nəfərin nəşi təhvil verilmişdi. Beləliklə, son üç gündə İsrail tərəfindən Qəzzaya ümumilikdə 120 fələstinlinin cəsədi qaytarılıb.

Səhiyyə Nazirliyi bəyan edib ki, cəsədlərin üzərində zorakılıq, işgəncə və uzun müddət bağlı saxlanılmış əl və göz izlərinə dair əlamətlər aşkar olunub. Hazırda nəşlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tibbi ekspertiza işləri davam etdirilir. Nazirlik yalnız 4 nəfərin kimliyinin ailələri tərəfindən təsdiqləndiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 9 oktyabrda Misirdə keçirilən danışıqlarda İsrail və HƏMAS arasında atəşkəs planının ilk mərhələsinin təsdiqləndiyini elan etmişdi.

10 oktyabrda Misirdə imzalanan razılaşma İsrail hökumətinin təsdiqindən sonra qüvvəyə minib. Müqaviləyə əsasən, İsrail ordusu “Sarı xətt” adlanan bölgəyə çəkilib və həmin gün saat 12:00-dan etibarən Qəzza Zolağında atəşkəs qüvvəyə minib.

Məqalədə: #Qəzza #İsrail #Fələstin #Qəzza zolağı #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail Qəzza işğalı

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.