8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livanın diplomatik səylərini dəstəkləyirik - Hizbullah

Hizbullahın rəhbəri Naim Qəssəm bildirib ki, təşkilat İsrail hücumlarının dayandırılması üçün dövlətin seçdiyi diplomatik xətti dəstəkləyir. O, eyni zamanda hökumətin İsraillə son danışıqlara mülki nümayəndə cəlb etməsini tənqid edib.

5 Dekabr 2025 20:43
Livanın diplomatik səylərini dəstəkləyirik - Hizbullah

BAKI,AzerVoice, Orxan Qədirzadə

Hizbullahın rəhbəri Naim Qəssəm bildirib ki, təşkilat İsrail hücumlarının dayandırılması üçün dövlətin seçdiyi diplomatik xətti dəstəkləyir. O, eyni zamanda hökumətin İsraillə son danışıqlara mülki nümayəndə cəlb etməsini tənqid edib.

AzerVoice xəbər verir ki, Qəssəm televiziya müraciətində deyib ki, Livan hakimiyyəti 2024-cü ilin noyabrında əldə olunan atəşkəs razılaşmasının icrası və hücumların dayandırılması üçün diplomatiyaya üstünlük verir və Hizbullah “bu istiqamətin davam etdirilməsini” dəstəkləyir.

Lakin o, hökumətin İsraillə onilliklərdən sonra ilk dəfə keçirilən mülki səviyyəli görüşdə iştirak qərarını “səhv addım” adlandırıb və geri çəkilməyə çağırıb. Qəssəm avqust ayında ordunun Hizbullahın tərksilahı ilə bağlı öhdəlik götürməsini də “günah” adlandırıb.

Onun sözlərinə görə, bu güzəşt “nə İsrailin mövqeyini dəyişəcək, nə də işğal və aqressiyanı dayandıracaq”. Qəssəm iddia edib ki, İsrail və ABŞ Livanı təzyiq altında danışıqlara məcbur etmək istəyir.

“Onlar bizi yer üzündən silmək istəyirlər. Biz isə özümüzü də, xalqımızı da, ölkəmizi də müdafiə edəcəyik. Hər şeyimizi qurban verməyə hazırıq və təslim olmayacağıq”, — deyə o vurğulayıb.

Qəssəm İsrailin bir ildir qüvvədə olan atəşkəsi pozduğunu, Hizbullahın arsenalının zəiflədiyini, yüksək rütbəli komandirlərin — o cümlədən keçmiş baş katib Həsən Nəsrullahın — öldürüldüyünü bildirib.

O deyib ki, Hizbullah Livan hakimiyyəti ilə əməkdaşlıq edir və “Amerika və İsrailin ölkənin daxili işlərinə qarışmasına yol verilməməlidir”. Bu cür şərtlərin Livana dikta edilməsini “qəbuledilməz” adlandırıb.

Livanın Baş naziri Nəvvaf Səlam isə bəyan edib ki, son görüşlər yalnız keçən ilki atəşkəs razılaşmasının tam icrasına yönəlib və genişmiqyaslı sülh danışıqları anlamına gəlmir.

Məqalədə: #Hizbullah: Dövlətin diplomatik səylərini dəstəkləyirik #amma İsraillə mülki danışıqlar səhvdir #Naim Qəssəm: İsrail atəşkəsi pozur və Livanı od altında danışıqlara sürükləmək istəyir #Hizbullah lideri: Özümüzü və ölkəmizi müdafiə edəcəyik – təslim olmayacağıq #Hizbullah İsraillə hücumların dayandırılması üçün diplomatiyaya dəstək verdi #Qəssəm: Mülki nümayəndənin danışıqlara qatılması düzgün addım deyil #Livan hökuməti və Hizbullah arasında gərginlik artır #Лидер Хизбаллы поддержал дипломатический путь Ливана #но раскритиковал гражданские переговоры с Израилем #Касем обвинил США и Израиль в попытке вести Ливан на переговоры под огнем #Хизбалла заявила о готовности жертвовать всем ради защиты страны #Hezbollah backs state diplomacy but blasts civilian role in Israel talks #Qassem warns Israel #pledges resistance amid ceasefire violations #Hezbollah vows to defend Lebanon as tensions over truce implementation rise

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

7 Sentyabr 19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

7 Sentyabr 19:31
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

7 Sentyabr 18:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.