6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanaın göstərişi ilə BMT-nin Qlobal Humanitar Məlumat Hesabatı (GHO) üçün 550 milyon ABŞ dolları məbləğində irimiqyaslı vəd açıqlayıb. Təşəbbüs 2026-cı ildə təxminən 135 milyon insana yardım göstərilməsi üçün 23 humanitar əməliyyatı əhatə edən 33 milyard ABŞ dolları toplamağı hədəfləyir.

11 Dekabr 2025 18:00
BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

BAKI,AzerVoice, Nailə Babazadə

Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişlərinə uyğun olaraq, Əmirliklər BMT-nin Qlobal Humanitar Baxış (Global Humanitarian Overview – GHO) proqramına 550 milyon ABŞ dolları həcmində böyük maliyyə öhdəliyi elan edib. AzerVoice xəbər verir ki,bu proqram 2026-cı ildə 23 humanitar əməliyyat çərçivəsində 135 milyon insana yardım etmək üçün ümumilikdə 33 milyard dollar toplamağı hədəfləyir. Buraya qaçqınlara və miqrantlara dəstək proqramları da daxildir.

Humanitar missiyanın məqsədi təcili yardıma ehtiyacı olan 87 milyon insanın həyatını qorumaq üçün 23 milyard dollarlıq maliyyənin təmin edilməsidir.

Bu təşəbbüs BƏƏ-nin humanitar sahədə beynəlxalq səylərin gücləndirilməsi, qlobal miqyasda fəlakətlərdən və böhranlardan zərər çəkən ən həssas icmalara yardım göstərilməsinə sarsılmaz öhdəliyini bir daha təsdiqləyir.

Eyni zamanda bu dəstək BƏƏ-nin çoxtərəfli humanitar fəaliyyətin təşviqində aparıcı rolunu vurğulayır və ölkənin BMT qurumları, xüsusilə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi (OCHA) ilə sıx əməkdaşlığını əks etdirir. Bu əməkdaşlıq sayəsində yardım ən çox ehtiyacı olan insanlara vaxtında çatdırılır və Şeyx Məhəmməd bin Zayedin “sürətli və effektiv humanitar reaksiya” prinsipi yerinə yetirilir.

Mövzu ilə açıqlama verən BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət naziri Reem bint İbrahim Al Həşimi bildirib ki, ölkəsi qlobal humanitar səylərə dəstəyini davam etdirir və BMT tərəfdaşlarımızla birlikdə ən çox zərər görən icmalara yardımın əlçatan olmasını təmin edir.

“Bu maliyyə öhdəliyi Əlahazrət Şeyx Məhəmməd bin Zayedin direktivlərini əks etdirir və insanların həyatlarının qorunması və xilas edilməsi üçün beynəlxalq həmrəyliyin vacibliyinə olan dərin inamımızı nümayiş etdirir.”-deyə o bildirib.

BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini və OCHA rəhbəri Tom Fletcher hesab edir ki,BƏƏ-nin sürətli dəstəyi tam zamanında edilib.

“ Bu fəstək 2026 planımız üçün güclü ən çoxtəkandır. Biz bu çağırışa innovativ və effektiv şəkildə cavab verməliyik.”-deyə o qeyd edib.

Ümümüdünya Səhiyyə Təşkilatının Baş direktoru Dr. Tedros Adhanom Ghebreyesus da Şeyx Məhəmməd bin Zayedə və BƏƏ yə təşəkkür edib.

“Sağlamlıq sistemlərinin çökməsinin siqnalları çox erkən görünür. Epidemiyalar yayılır, qida çatışmazlığı artır, qarşısı alına bilinməyə ölümlər çoxalır. Birlikdə hərəkət etdikdə həyatları xilas etmək mümkündür. Mən Əlahazrət Şeyx Məhəmməd bin Zayedə və BƏƏ-tə bu kritik dəstəyə görə təşəkkür edirəm”-deyə o bildirib.

UNICEF-in İcraçı direktoru Ketrin Rassel isə bildirib ki, BƏƏ-nin səxavətli dəstəyi humanitar böhranlarda uşaqların həyatının xilas edilməsinə mühüm töhfə verəcək. “Ehtiyaclar sürətlə artsa da, maliyyə azalır belə bir anda BƏƏ-nin strateji tərəfdaşlığı həlledicidir.” – deyə o vurğulayıb.

BMT Qaçqınlar üzrə Ali Komissarı (UNHCR) Filippo Qrandi,bildirib ki, BMT BƏƏ-nin humanitar fəaliyyətə güclü sadiqliyini yüksək qiymətləndirir.

“Maliyyə çatışmazlığı ən həssas məcburi köçkün qrupları üçün ciddi risk yaradır, lakin BƏƏ kimi ölkələrin dəstəyi UNHCR-in imkanlarını genişləndirir.”-deyə Qrandi deyib.

BMT Dünya Ərzaq Proqramı (WFP) rəhbəri də xusi ilaraq vurğulayəb ki, BƏƏ-nin bu səxavətli öhdəliyi milyonlarla insanın təcili ərzaq yardımına çıxışını təmin etmək üçün həyati əhəmiyyət daşıyır.

Məqalədə: #BƏƏ #ABŞ #Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan #BƏƏ şirkətləri #Qəzzada humanitar böhran #BMT humanitar yardımı #Qlobal Humanitar Məlumat Hesabatı #GHO 2026 #Humanitar dəstək #BMT qlobal yardım planı #BƏƏ-nin humanitar öhdəlikləri #Beynəlxalq humanitar əməkdaşlıq #BƏƏ–BMT tərəfdaşlığı #Quraqlıq və böhran bölgələri #BMT agentlikləri ilə əməkdaşlıq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
Tanıdığımız İranı müharibə sonrası zindanlar və qadağalar xilas edəcəkmi?
09:00
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.