13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.

19 Yanvar 2026 10:15
Səudiyyə Ərəbistanı Dəməşq ilə SDQ arasındakı razılaşmanı alqışlayıb

BAKI, AzerVoice, Nailə Babazadə

Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib.

AzerVoice xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.

Səudiyyə Ərəbistanı rəsmi Dəməşq ilə SDQ arasında atəşkəsin əldə olunmasında vasitəçilik etdiyi üçün ABŞ-a təşəkkürünü bildirib. Razılaşma Hələb ətrafında tərəflər arasında baş verən şiddətli toqquşmalardan sonra imzalanıb. Hazırda SDQ qüvvələri Hələb bölgəsindən geri çəkilib və şəhərin şərqindəki əksər ərazilər Suriya ordusunun nəzarətinə keçib. Suriya hökuməti eyni zamanda kürd azlığının hüquqlarını gücləndirən yeni fərmanlar imzalayaraq kürd dilini rəsmi dillərdən biri kimi tanıyıb.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Suriya #Səudiyyə xəbərləri #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Suriya daxili siyasət #Suriya əməliyyatları #Suriyada terrorla mübarizə #Səudiyyə metrosu #Suriyada hərbi əməliyyatlar 2025 #Suriya müxalifəti #Səudiyyə Ərəbistanına səfər #SDQ və Suriya ordusunun birləşməsi #SDQ #Səudiyyə Ərəbistanı və Suriya yardımı #Suriya Səudiyyə münasibətləri #SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası müzakirə olunur

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.