12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb

İraq hökuməti cümə günü Avropa ölkələrinə çağırış edərək, İŞİD (DAEŞ) sıralarında döyüşmüş və hazırda Suriyadakı düşərgələrdən İraqa köçürülən öz vətəndaşlarını geri götürməyə və mühakimə etməyə çağırıb. Məlumata görə, ABŞ ordusu indiyədək Suriyada kürd qüvvələrinin nəzarətində saxlanılan 150 İŞİD məhbusunu İraqa köçürüb. Bu şəxslər, kürdlərin rəhbərlik etdiyi qüvvələrin irəliləyən Suriya ordusuna əraziləri təhvil verməsi fonunda İraqa keçirilməsi planlaşdırılan təxminən 7 min silahlı arasında yer alır.

24 Yanvar 2026 09:35
İraq Avropa ölkələrini İŞİD üzvlərini geri almağa çağırıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Nailə Babazadə

İraq hökuməti cümə günü Avropa ölkələrinə çağırış edərək, İŞİD (DAEŞ) sıralarında döyüşmüş və hazırda Suriyadakı düşərgələrdən İraqa köçürülən öz vətəndaşlarını geri götürməyə və mühakimə etməyə çağırıb.

AzerVoice xəbər verir ki, məlumata görə, ABŞ ordusu indiyədək Suriyada kürd qüvvələrinin nəzarətində saxlanılan 150 İŞİD məhbusunu İraqa köçürüb. Bu şəxslər, kürdlərin rəhbərlik etdiyi qüvvələrin irəliləyən Suriya ordusuna əraziləri təhvil verməsi fonunda İraqa keçirilməsi planlaşdırılan təxminən 7 min silahlı arasında yer alır.

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani cümə günü Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Avropa ölkələrinin öz vətəndaşlarını geri götürərək məsuliyyətə cəlb etməli olduğunu bildirib.

İraq təhlükəsizlik rəsmisinin verdiyi məlumata görə, indiyədək İraqa köçürülən 150 nəfərin hamısı İŞİD qruplaşmasının liderləri və ən məşhur cinayətkarlarıdır. Rəsmi bildirib ki, onlar arasında avropalılar, asiyalılar, ərəblər və iraqlılar var.

Başqa bir təhlükəsizlik mənbəsi isə qeyd edib ki, qrup 85 iraqlı və 65 xarici vətəndaşdan ibarətdir. Xaricilər arasında avropalılar, sudanlılar, somalilər və Qafqaz regionundan olan şəxslər yer alır.

Mənbənin sözlərinə görə, bu şəxslərin hamısı İraq ərazisində İŞİD-in əməliyyatlarında iştirak edib və hazırda Bağdaddakı həbsxanalardan birində saxlanılır.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, “iraqlı olmayan terrorçular İraqda müvəqqəti saxlanılacaq”.

Qeyd edək ki, kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri 2019-cu ildə beş il davam edən döyüşlərdən sonra İŞİD-i məğlub etdikdən sonra minlərlə silahlını həbs edib, on minlərlə ailə üzvünü isə düşərgələrdə saxlayıb.

Məqalədə: #İŞİD #İŞİD terror təşkilatı #İŞİD-lə mübarizə Suriyada #HTŞ və İŞİD qarşıdurması #ABŞ Suriyadan 150 İŞİD üzvünü İraqa köçürdü #ABŞ ordusu Həsəkədən 150 İŞİD döyüşçüsünü İraqa apardı #Suriyada təhlükəsizlik böhranı: İŞİD üzvləri İraqa daşınır #ABŞ Suriyada saxlanılan İŞİD üzvlərini İraq nəzarətinə verir #Həsəkədə saxlanılan İŞİD məhbusları İraqa köçürülüb

Mövzu üzrə digər xəbərlər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

09:45
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00

Son Xəbərlər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
11:23
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
11:06
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
BƏƏ və Səudiyyə arasında yeni turizm dəhlizii yaradılır
10:44
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
Küveyt nefti ucuzlaşdı, qlobal bazarlarda isə kəskin bahalaşma qeydə alınır
10:18
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
701 at güclü "Porsche 911 Turbo S Cabriolet" sınaqdan çıxdı
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.