9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin müşaviri Cared Kuşner Qəzza zolağının gələcəyi və regional prosesləri müzakirə etmək məqsədilə İsraildə səfərdədir. Mənbələrin bildirdiyinə görə, Stiv Uitkoff və Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün ölkəyə gəliblər. Görüşün əsas gündəmini Qəzza zolağında mövcud vəziyyət, müharibədən sonrakı mərhələ və ABŞ tərəfindən irəli sürülən yeni təşəbbüslər təşkil edir. Netanyahu ofisinin sözçüsü görüşün keçiriləcəyini təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

24 Yanvar 2026 21:55
ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin müşaviri Cared Kuşner Qəzza zolağının gələcəyi və regional prosesləri müzakirə etmək məqsədilə İsraildə səfərdədir.

AzerVoice xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Stiv Uitkoff və Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün ölkəyə gəliblər. Görüşün əsas gündəmini Qəzza zolağında mövcud vəziyyət, müharibədən sonrakı mərhələ və ABŞ tərəfindən irəli sürülən yeni təşəbbüslər təşkil edir. Netanyahu ofisinin sözçüsü görüşün keçiriləcəyini təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

Qeyd olunur ki, ABŞ administrasiyası ötən gün Qəzza zolağında “sıfırdan qurulacaq yeni Qəzza” planını elan edib. Sözügedən plan yaşayış evlərinin tikintisini, məlumat mərkəzlərinin yaradılmasını və sahilyanı istirahət zonalarının salınmasını nəzərdə tutur. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında əldə olunmuş, lakin tez-tez pozulan atəşkəsin davamlı hala gətirilməsi istiqamətində səylərinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bu arada Qəzza zolağında zorakılıq halları davam edir. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu gün baş verən iki ayrı hadisə zamanı, İsrail atəşi nəticəsində ikisi uşaq olmaqla üç nəfər həyatını itirib. Nazirliyin məlumatına əsasən, müharibə başlayandan bəri Qəzzada ölənlərin sayı 71 min 654 nəfərə çatıb.

İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağının böyük hissəsi dağıdılıb. ABŞ-nin dəstəklədiyi Qəzza İdarəetmə Komitəsinin rəhbəri Əli Şaas Rəfah sərhəd-keçid məntəqəsinin bu həftə açılacağını bildirib. Bu keçid iki milyondan çox əhalisi olan Qəzza üçün faktiki olaraq yeganə giriş-çıxış nöqtəsi hesab olunur.

Mənbələr İsrailin Misir üzərindən Rəfah keçid məntəqəsi ilə Qəzzaya qayıdan fələstinlilərin sayını məhdudlaşdırmaq niyyətində olduğunu, bölgədən çıxanların sayının daxil olanlardan çox olmasının planlaşdırıldığını qeyd edir. Rəfah keçidinin açılması ABŞ-nin müharibənin dayandırılmasına dair planının ilkin mərhələlərindən biri kimi nəzərdə tutulurdu. ABŞ bu ay planın ikinci mərhələsinə keçildiyini elan edib. Həmin mərhələdə İsrail qoşunlarının Qəzzadan çıxarılması və HƏMAS-ın bölgənin idarəçiliyindən geri çəkilməsi gözlənilir

Məqalədə: #ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir #Uitkoff və Kuşner Qəzza planını Netanyahu ilə müzakirə edir #ABŞ-dən Qəzza ilə bağlı yeni diplomatik addım #Qəzzanın gələcəyi İsraildə gündəmdədir #ABŞ Qəzza üçün yeni mərhələyə hazırlaşır #Qəzza planı üzrə ABŞ-İsrail təmasları #ABD temsilcileri Gazze’nin geleceği için İsrail’de #Witkoff ve Kushner Netanyahu ile Gazze’yi görüşüyor #ABD’den Gazze için yeni plan #Gazze’nin geleceği İsrail gündeminde #ABD Gazze konusunda yeni adım attı #Gazze planı için ABD-İsrail temasları

Mövzu üzrə digər xəbərlər

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Fələstin

Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar

20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Yəmən

Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib

19:59
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Livan

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb

18:35

Son Xəbərlər

Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
20:23
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
Qəzzadakı bütün fələstinlilərin çıxarılması planlaşdırılmır - Gideon Saar
20:02
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
Vaşinqton husilərin Yəmənə yalnız əzab gətirdiyini bildirib
19:59
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
Qətər və Qayana kənd təsərrüfatı üzrə əməkdaşlığı gücləndirir
19:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.