8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriyada kürd dilinin tədrisi ilə bağlı yeni qərar qəbul edilib

Suriyada təhsil sahəsində dil siyasəti ilə bağlı mühüm dəyişiklik edilib. Suriyanın Təhsil Nazirliyi kürd dilinin dövlət məktəblərində seçmə fənn kimi tədris olunmasını nəzərdə tutan rəsmi qərar qəbul edib. Qərar Suriya Prezidenti Əhməd əş-Şəraanın ölkədə yaşayan kürdlərlə bağlı imzaladığı prezident fərmanından sonra qüvvəyə minib və kürd dilinin təhsil sisteminə inteqrasiyasını nəzərdə tutur.

27 Yanvar 2026 10:56
Suriyada kürd dilinin tədrisi ilə bağlı yeni qərar qəbul edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriyada təhsil sahəsində dil siyasəti ilə bağlı mühüm dəyişiklik edilib.

AzerVoice xəbər verir ki, Suriyanın Təhsil Nazirliyi kürd dilinin dövlət məktəblərində seçmə fənn kimi tədris olunmasını nəzərdə tutan rəsmi qərar qəbul edib. Qərar Suriya Prezidenti Əhməd əş-Şəraanın ölkədə yaşayan kürdlərlə bağlı imzaladığı prezident fərmanından sonra qüvvəyə minib və kürd dilinin təhsil sisteminə inteqrasiyasını nəzərdə tutur.

Rəsmi sənəddə qeyd olunur ki, kürd dilinin tədrisi Suriya Konstitusiyasında təsbit olunmuş mədəni və dil hüquqlarının qorunması çərçivəsində həyata keçirilir və kürdlərin Suriyanın milli kimliyinin ayrılmaz tərkib hissəsi olduğu vurğulanır. Kürd dili kürd əhalisinin nisbətən sıx yaşadığı bölgələrdə dövlət məktəblərində könüllü əsaslarla tədris ediləcək.

Nazirliyin qərarına əsasən, kürd dili seçmə fənn olacaq və bu fənn üzrə qiymətlər şagirdlərin ümumi müvəffəqiyyət göstəricisinə təsir etməyəcək. Dərslər mövcud təhsil planlarına daxil ediləcək, paralel olaraq isə yeni tədris proqramları hazırlanacaq.

Təhsil Nazirliyinə tabeli Milli Tədris Proqramlarının İnkişafı Mərkəzi kürd dili üzrə tədris proqramının hazırlanmasına cavabdeh qurum kimi müəyyən edilib. tədris proqramının ən geci bir il ərzində tamamlanması və milli təhsil çərçivəsinə uyğunlaşdırılması nəzərdə tutulur.

Kürd dili müəllimi kimi fəaliyyət göstərmək istəyən şəxslər Nazirliyin təşkil etdiyi xüsusi kursları bitirməli olacaq. Bu tələbi ödəməyənlərdən kürd dili üzrə peşəkar səriştə sənədi, həmçinin yazılı və şifahi imtahanlardan uğurla keçmək tələb ediləcək.

Qərarın icrasına nəzarət məqsədilə Təhsil nazirinin sədrliyi ilə mərkəzi monitorinq komitəsi yaradılıb. Komitənin tərkibinə nazir müavinləri, təhsil, tədris proqramı, nəzarət, planlaşdırma və statistika sahələri üzrə yüksək vəzifəli rəsmilər daxil edilib. Kürd dilinin tədris ediləcəyi məktəblərin seçilməsində əhalinin etnik tərkibi, yerli şərait və təhsil müəssisələrinin imkanları əsas götürüləcək. Yekun siyahı Nazirlik tərəfindən ayrıca ümumi göstərişlə açıqlanacaq.

Suriya, kürd dili, təhsil, dövlət məktəbləri, seçmə fənn, müfredat, mədəni hüquqlar, Təhsil Nazirliyi, dil siyasəti, regional proseslər Suriye, Kürtçe, eğitim, devlet okulları, seçmeli ders, müfredat, kültürel haklar, Milli Eğitim, dil politikası, bölgesel gelişmeler Syria, Kurdish language, education, state schools, elective course, curriculum, cultural rights, education ministry, language policy, regional affairs Сирия, курдский язык, образование, государственные школы, факультатив, учебная программа, культурные права, министерство образования, языковая политика, регион سوريا, اللغة الكردية, التعليم, المدارس الحكومية, مادة اختيارية, المنهاج, الحقوق الثقافية, وزارة التربية, سياسة اللغة, المنطقة سوریه, زبان کردی, آموزش, مدارس دولتی, درس اختیاری, برنامه درسی, حقوق فرهنگی, وزارت آموزش, سیاست زبانی, منطقه סוריה, השפה הכורדית, חינוך, בתי ספר ממלכתיים, מקצוע בחירה, תכנית לימודים, זכויות תרבותיות, משרד החינוך, מדיניות שפה, אזור Syrie, langue kurde, éducation, écoles publiques, cours optionnel, programme scolaire, droits culturels, ministère de l’éducation, politique linguistique, région Syrien, kurdische Sprache, Bildung, staatliche Schulen, Wahlfach, Lehrplan, kulturelle Rechte, Bildungsministerium, Sprachpolitik, Region Siria, idioma kurdo, educación, escuelas estatales, asignatura optativa, currículo, derechos culturales, ministerio de educación, política lingüística, región Siria, lingua curda, istruzione, scuole statali, materia opzionale, curriculum, diritti culturali, ministero dell’istruzione, politica linguistica, regione Síria, língua curda, educação, escolas públicas, disciplina optativa, currículo, direitos culturais, ministério da educação, política linguística, região Syrië, Koerdische taal, onderwijs, staatsscholen, keuzevak, curriculum, culturele rechten, ministerie van onderwijs, taalbeleid, regio Syria, język kurdyjski, edukacja, szkoły państwowe, przedmiot fakultatywny, program nauczania, prawa kulturowe, ministerstwo edukacji, polityka językowa, region Сирія, курдська мова, освіта, державні школи, факультатив, навчальна програма, культурні права, міністерство освіти, мовна політика, регіон Siria, limba kurdă, educație, școli de stat, disciplină opțională, curriculum, drepturi culturale, ministerul educației, politică lingvistică, regiune Συρία, κουρδική γλώσσα, εκπαίδευση, δημόσια σχολεία, μάθημα επιλογής, πρόγραμμα σπουδών, πολιτιστικά δικαιώματα, υπουργείο παιδείας, γλωσσική πολιτική, περιοχή 叙利亚, 库尔德语, 教育, 公立学校, 选修课, 课程, 文化权利, 教育部, 语言政策, 地区 シリア, クルド語, 教育, 公立学校, 選択科目, カリキュラム, 文化的権利, 教育省, 言語政策, 地域 시리아, 쿠르드어, 교육, 공립학교, 선택과목, 교육과정, 문화적 권리, 교육부, 언어 정책, 지역 सीरिया, कुर्द भाषा, शिक्षा, सरकारी स्कूल, वैकल्पिक विषय, पाठ्यक्रम, सांस्कृतिक अधिकार, शिक्षा मंत्रालय, भाषा नीति, क्षेत्र شام, کردی زبان, تعلیم, سرکاری اسکول, اختیاری مضمون, نصاب, ثقافتی حقوق, وزارت تعلیم, لسانی پالیسی, علاقہ সিরিয়া, কুর্দি ভাষা, শিক্ষা, সরকারি স্কুল, ঐচ্ছিক বিষয়, পাঠ্যক্রম, সাংস্কৃতিক অধিকার, শিক্ষা মন্ত্রণালয়, ভাষা নীতি, অঞ্চল Suriah, bahasa Kurdi, pendidikan, sekolah negeri, mata pelajaran pilihan, kurikulum, hak budaya, kementerian pendidikan, kebijakan bahasa, kawasan Syria, bahasa Kurdish, pendidikan, sekolah negeri, subjek pilihan, kurikulum, hak budaya, kementerian pendidikan, dasar bahasa, rantau Syria, tiếng Kurd, giáo dục, trường công lập, môn tự chọn, chương trình học, quyền văn hóa, bộ giáo dục, chính sách ngôn ngữ, khu vực ซีเรีย, ภาษาเคิร์ด, การศึกษา, โรงเรียนของรัฐ, วิชาเลือก, หลักสูตร, สิทธิทางวัฒนธรรม, กระทรวงศึกษา, นโยบายภาษา, ภูมิภาค Syria, lugha ya Kikurdi, elimu, shule za serikali, somo la hiari, mtaala, haki za kitamaduni, wizara ya elimu, sera ya lugha, eneo

Məqalədə: #Suriyada kürd dilinin məktəblərdə tədrisi ilə bağlı qərar verildi #Kürd dili Suriyada dövlət məktəblərində seçmə fənn olacaq #Dəməşq kürd dilinin təhsil sisteminə daxil edilməsini təsdiqlədi #Suriyada kürd dilinin tədrisi üçün yeni yol xəritəsi #Təhsil Nazirliyi kürd dili üzrə müfredat hazırlayacaq #Kürd dili Suriyada mədəni hüquqlar çərçivəsində tədris ediləcək #Suriye’de Kürtçe eğitimi için resmi karar alındı #Kürtçe devlet okullarında seçmeli ders olacak #Şam yönetimi Kürtçe eğitim yol haritasını açıkladı #Suriye’de Kürtçe müfredat hazırlanıyor #Kürtçe öğretimi için merkezi komite kuruldu #Kürtçe eğitimi kültürel haklar kapsamında uygulanacak

Mövzu üzrə digər xəbərlər

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

12:18
İordaniya Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

07:01

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.