7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ 14 İldən sonra Suriyada səfirliyini yenidən açmağa hazırlaşır

ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır. Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.

21 Fevral 2026 12:06
ABŞ 14 İldən sonra Suriyada səfirliyini yenidən açmağa hazırlaşır
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA, Fərid Mikayılov

ABŞ administrasiyası 14 ildən sonra Suriyada diplomatik fəaliyyətini bərpa etməyə hazırlaşır.

VOA xəbər verir ki, Donald Tramp administrasiyası Konqresə məlumat verərək, Dəməşqdə yerləşən ABŞ səfirliyinin yenidən açılması üçün planlaşdırma mərhələsinə keçməyə hazır olduğunu bildirib.

Fevralın 10-da göndərilən rəsmi bildirişdə planlaşdırma xərclərinin 15 gün ərzində başlanacağı göstərilsə də, səfirliyin nə vaxt tam fəaliyyətə başlayacağı və ABŞ diplomatlarının Dəməşqə daimi qayıdışının konkret vaxtı açıqlanmayıb.

ABŞ səfirliyi Suriyada 2012-ci ildə ölkədə vətəndaş müharibəsinin başlamasından sonra bağlanmışdı.

Administrasiya səfirliyin yenidən açılması məsələsini ötən ildən etibarən müzakirə edir. Bu müzakirələr uzun illər hakimiyyətdə olan Bəşşar Əsədin 2024-cü ilin dekabrında devrilməsindən sonra intensivləşib.

Məsələ ABŞ-ın Türkiyədəki səfiri və Suriyaya xüsusi nümayəndəsi Tom Barak üçün prioritet hesab olunur. Barak Suriyanın yeni rəhbərliyi, Əhməd əş-Şəraa administrasiyası ilə yaxınlaşmanı dəstəkləyir.

Barak ABŞ sanksiyalarının yumşaldılması və Suriyanın regional və beynəlxalq sistemə yenidən inteqrasiyası istiqamətində mühüm təşəbbüslərin müəllifi olub. O, ötən ilin may ayında Dəməşqə səfər edərək ABŞ bayrağını səfirlik binasında qaldırsa da, rəsmi açılış baş tutmamışdı.

Konqresə bildiriş göndərilən gün Barak Suriyanın İŞİD-ə qarşı beynəlxalq koalisiyada iştirakını müsbət qiymətləndirib. O, İŞİD-lə mübarizədə regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Səfirliyin yenidən açılması ilə bağlı planlar məxfi xarakter daşıyır. Dövlət Departamenti yalnız Konqresə rəsmi bildiriş göndərildiyini təsdiqləyib, əlavə detalları açıqlamaqdan imtina edib.

Qeyd olunur ki, ABŞ oxşar mərhələli yanaşmanı Karakasdakı səfirliyinin yenidən açılmasında da tətbiq edib.

Məqalədə: #ABŞ #Suriya #Dəməşq #Vaşinqton #Əhməd əş-Şəraa #Tom Barak açıqlaması #ABŞ–Suriya diplomatik münasibətləri #Suriya vətəndaş müharibəsindən sonra diplomatiya #ABŞ–Türkiyə–Suriya xətti

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.