6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Prezidenti Ceffri Epşteynlə əlaqəsi barədə iddiaları təkzib edib

İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib. Bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.

21 Fevral 2026 22:11
İsrail Prezidenti Ceffri Epşteynlə əlaqəsi barədə iddiaları təkzib edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib.

VOA xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.

Hersoqun administrasiyasından verilən açıqlamada vurğulanır ki, dövlət başçısı ilə Epşteyn arasında heç vaxt nə birbaşa, nə də dolayısı ilə hər hansı təmas olmayıb. Bəyanatda həmçinin qeyd edilir ki, İshaq Hersoq Epşteyni şəxsən tanımayıb, onunla dostluq münasibətləri saxlamayıb, heç vaxt Epşteynə məxsus adada olmayıb və oraya heç bir dəvət almayıb.

Qeyd edək ki, bu məsələ Taker Karlsonun Mayk Hakabi ilə müsahibəsi zamanı gündəmə gəlib. Karlson İsrailin hazırkı prezidentinin Epşteynin adasında olduğunu iddia etmiş və bəzi İsrail rəsmilərinin bu qalmaqallı şəxslə əlaqəli olduğunu irəli sürmüşdü. Xatırladaq ki, Ceffri Epşteynlə bağlı istintaq materiallarında onun İsrail kəşfiyyatı "Mossad" ilə mümkün əlaqələri barədə də bəzi iddialar yer alıb. Bu məlumatların ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) 2020-ci il hesabatına və gizli informatorun ifadələrinə əsaslandığı bildirilir.

Məqalədə: #İsrail Prezidentindən Epşteyn açıqlaması: Onu tanımıram #İshaq Hersoq və Epşteyn adası iddiası: Rəsmi təkzib gəldi #Taker Karlsonun ittihamına cavab: Hersoq Epşteynlə əlaqəsini dandı #Səfir Hakabi soruşdu #Prezident Ofisi cavab verdi: Əlaqə yoxdur #Epşteyn qalmaqalında İsrail izi? Prezident Hersoqdan sərt reaksiya #Mossad və Epşteyn iddiaları fonunda İsrail liderindən bəyanat #İsrail Cumhurbaşkanı Herzog'dan Epstein iddialarına yalanlama #Mike Huckabee sordu #Herzog yanıtladı: Epstein'ı tanımıyorum #Tucker Carlson'ın Epstein iddiası İsrail'de yankı uyandırdı #Herzog'un ofisinden açıklama: Epstein adasına hiç gitmedi #İsrail lideri Herzog ile Epstein arasında bağlantı var mı? #Epstein dosyasında İsrail izi: Cumhurbaşkanlığından net yalanlama

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.