5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

ABŞ və İran Cenevrədə nüvə danışıqlarının üçüncü mərhələsini keçirib

ABŞ və İran nümayəndə heyətləri Cenevrədə nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundunu keçiriblər. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşmanın əldə olunmasında maraqlıdır və hazırkı vəziyyəti diplomatik irəliləyiş üçün fürsət kimi dəyərləndirir.

26 Fevral 2026 23:19
ABŞ və İran Cenevrədə nüvə danışıqlarının üçüncü mərhələsini keçirib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

ABŞ və İran arasında növbəti nüvə danışıqları İsveçrənin Cenevrə şəhərində baş tutub.

VOA xəbər verir ki, ABŞ və İran nümayəndə heyətləri Cenevrədə nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundunu keçiriblər. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını məhdudlaşdıracaq razılaşmanın əldə olunmasında maraqlıdır və hazırkı vəziyyəti diplomatik irəliləyiş üçün fürsət kimi dəyərləndirir.

Bildirilib ki, ötən ilin iyun ayında ABŞ-ın İrandakı üç nüvə obyektinə zərbə endirməsindən sonra Tehran nüvə proqramını davam etdirmək niyyətində olduğunu bəyan edib və uranın zənginləşdirilməsini dayandırmayacağını açıqlayıb.

Danışıqlar fonunda ABŞ-ın Yaxın Şərqə hərbi təyyarələr və hərbi gəmilər cəlb etdiyi qeyd olunur. Bu addımın Tehrana təzyiq vasitəsi kimi qiymətləndirildiyi bildirilir.

İran tərəfi isə mümkün hərbi əməliyyat baş verəcəyi təqdirdə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarının hədəf ola biləcəyini bəyan edib. Rəsmi Tehran İsrailə qarşı da cavab tədbirlərinin mümkünlüyünü istisna etməyib ki, bu da regionda genişmiqyaslı qarşıdurma riskini artırır.

İranın xarici işlər naziri Abbas Əraqçi Hindistan mediasına müsahibəsində bildirib ki, belə bir müharibədə heç bir tərəf qalib olmayacaq və bu, region üçün dağıdıcı nəticələr doğura bilər. Onun sözlərinə görə, ABŞ bazalarının region boyunca səpələnməsi qarşıdurma halında bütün Yaxın Şərqin münaqişəyə cəlb olunması riskini yaradır.

Omanın Xarici İşlər Nazirliyi isə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşnerin Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşünə dair məlumat yayıb. Görüşün Cenevrədə, Oman diplomatik nümayəndəliyinin iqamətgahında keçirildiyi bildirilir.

Məlumata görə, Abbas Əraqçi də Cenevrəyə səfəri çərçivəsində Bədr əl-Busaidi ilə görüşüb. Oman tərəfi əvvəlki raundlarda razılaşdırılmış prinsiplər əsasında İranın təqdim edəcəyi təkliflərin müzakirə olunduğunu açıqlayıb. Bildirilir ki, Oman XİN rəhbəri İranın mövqeyini ABŞ tərəfinə çatdıracaq.

Məqalədə: #ABŞ və İran Cenevrədə nüvə danışıqlarını davam etdirir #Üçüncü raund diplomatiya üçün son şans kimi qiymətləndirilir #Cenevrədə İran–ABŞ görüşü keçirildi #Regionda hərbi eskalasiya riski artır #İran ABŞ bazalarını hədəf ala biləcəyini bildirib #Nüvə razılaşması üzrə yeni təkliflər müzakirə olunur #ABD ile İran Cenevre’de nükleer görüşmeler yaptı #Üçüncü tur diplomasi için son şans #Bölgesel savaş riski gündemde #İran ABD üslerini hedef alabileceğini açıkladı #Cenevre’de kritik temaslar #Nükleer anlaşma için yeni öneriler

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

11:51
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.