6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Hava müdafiə sistemləri İrandan gələn 15 balistik raket və 119 PUA-ı məhv edib - BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, bu gün ölkənin hava müdafiə sistemləri 15 balistik raket və 119 pilotsuz uçuş aparatını (PUA) məhv edib. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir ki, hava müdafiə sistemi tərəfindən aşkarlanan 16 balistik raketin 15-i dayandırılıb və məhv edilib, bir raket isə dənizə düşüb. Açıqlamada həmçinin qeyd olunub ki, eyni gündə aşkarlanan 121 PUA-dan 119-u təsirsiz hala gətirilib, iki PUA isə BƏƏ torpaqlarına düşüb. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən bəri İran tərəfindən ölkənin hava məkanına edilən hücumlara dair açıqlamada verilən məlumatlara görə: cəmi 221 balistik raket aşkarlanıb, bunlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və 2-si BAE torpaqlarına dəyib. Cəmi 1305 PUA aşkarlanıb, bunlardan 1229-u dayandırılıb, 76-sı ölkə torpaqlarına düşüb. 8 qanadlı raket aşkarlanaraq məhv edilib.

7 Mart 2026 16:07
Hava müdafiə sistemləri İrandan gələn 15 balistik raket və 119 PUA-ı məhv edib - BƏƏ

BAKI,VOA, Nailə Babazadə

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bildirib ki, bu gün ölkənin hava müdafiə sistemləri 15 balistik raket və 119 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

VOA xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada deyilir ki, hava müdafiə sistemi tərəfindən aşkarlanan 16 balistik raketin 15-i dayandırılıb və məhv edilib, bir raket isə dənizə düşüb.

Açıqlamada həmçinin qeyd olunub ki, eyni gündə aşkarlanan 121 PUA-dan 119-u təsirsiz hala gətirilib, iki PUA isə BƏƏ torpaqlarına düşüb. ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən bəri İran tərəfindən ölkənin hava məkanına edilən hücumlara dair açıqlamada verilən məlumatlara görə: cəmi 221 balistik raket aşkarlanıb, bunlardan 205-i məhv edilib, 14-ü dənizə düşüb və 2-si BAE torpaqlarına dəyib. Cəmi 1305 PUA aşkarlanıb, bunlardan 1229-u dayandırılıb, 76-sı ölkə torpaqlarına düşüb. 8 qanadlı raket aşkarlanaraq məhv edilib.

Bu hadisələr nəticəsində Pakistan, Nepal və Banqladeş vətəndaşı olan 3 nəfər həlak olub. 112 nəfər isə yüngül xəsarət alıb; bunların arasında BAE, Türkiyə, Misir, Efiopiya, Filippin, Pakistan, İran, Hindistan, Banqladeş, Şri-Lanka, Azərbaycan, Yəmən, Uqanda, Eritreya, Livan, Əfqanıstan, Bəhreyn və Komor Adaları vətəndaşları var.

İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında danışıqlar davam edərkən, 28 fevral tarixində İrana hərbi əməliyyatlar həyata keçirib. İran isə İsrailin yanında ABŞ-ın Kuveyt, Qətər, BƏƏ və Bəhreyn kimi bölgə ölkələrindəki bazalarını hədəfləyərək cavab tədbirləri görüb. ABŞ-İsrail əməliyyatlarında, İran lideri Ali Hamaney və bir çox yüksək səviyyəli rəsmi həyatını itirib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur bildirib ki, ABŞ-İsrail əməliyyatları nəticəsində 926 nəfər həyatını itirib. İsrail isə qarşılıqlı əməliyyatların başlamasından bu yana 11 nəfərin öldüyünü, 502 nəfərin isə yaralandığını, onlardan bəzilərinin panik atak keçirdiyini açıqlayıb.

Məqalədə: #BƏƏ #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib

5 Sentyabr 14:26
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.