5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Ərəb Liqasından dünyaya çağırış - İsrailin edam qanunu hərbi cinayətdir

Ərəb Dövlətləri Liqası İsrail parlamentində (Knesset) qəbul edilən və fələstinli məhbuslar üçün edam cəzasını nəzərdə tutan yeni qanunla bağlı beynəlxalq araşdırma başladılması üçün dünyaya müraciət edib. Ərəb Liqası Şurasının Qahirədə keçirilən fövqəladə iclasından sonra yayılan bəyanatda bu qanun layihəsinin "hərbi cinayət" təşkil etdiyi və aparteid sistemini gücləndirdiyi vurğulanıb.

2 Aprel 2026 21:57
Ərəb Liqasından dünyaya çağırış - İsrailin edam qanunu hərbi cinayətdir

BAKI,VOA, Orxan Qədirzadə

Ərəb Dövlətləri Liqası İsrail parlamentində (Knesset) qəbul edilən və fələstinli məhbuslar üçün edam cəzasını nəzərdə tutan yeni qanunla bağlı beynəlxalq araşdırma başladılması üçün dünyaya müraciət edib.

VOA xəbər verir ki, Ərəb Liqası Şurasının Qahirədə keçirilən fövqəladə iclasından sonra yayılan bəyanatda bu qanun layihəsinin "hərbi cinayət" təşkil etdiyi və aparteid sistemini gücləndirdiyi vurğulanıb.

İclasda Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edilərək, fələstinli məhbuslara edam cəzası nəzərdə tutan bu qanunun qəbulunda iştirak edən İsrail rəsmilərinin dərhal mühakimə olunması tələb edilib. Eyni zamanda, BMT-nin İnsan Hüquqları Şurasına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə səslənilərək, İsrail həbsxanalarında fələstinlilərə qarşı tətbiq edilən işgəncə, aclıq və qeyri-insani rəftarın araşdırılması üçün həbs mərkəzlərinə maneəsiz girişin təmin olunması istənilib.

Ərəb Liqası həmçinin İsrail parlamentinin Parlamentlərarası İttifaqdakı üzvlüyünün dayandırılması və beynəlxalq hüquqa zidd qanunlar çıxaran Knesset üzvlərinə qarşı sanksiyaların tətbiq edilməsi üçün milli parlamentlərə çağırış edib. Xatırladaq ki, İrana hücumların kölgəsində qəbul edilən yeni qanun, İsrail hərbi məhkəmələrinə işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı edam hökmü çıxarmaq səlahiyyəti verir və bu hökmlərin apellyasiya və ya əfv yolu ilə ləğvini qadağan edir.

Məlumata görə, İsrail Ali Məhkəməsi "Adalah" hüquq mərkəzinin müraciəti əsasında sözügedən edam qanununun icrasına mayın 24-dək müvəqqəti məhdudiyyət qoyub.

Məqalədə: #Ərəb Liqasından İsrailə qarşı sərt həmlə: BCM-dən təcili araşdırma tələb olunur #Dünyanı ayağa qaldıran edam qanunu: Ərəb ölkələrindən İsrailə sanksiya çağırışı #Son dəqiqə: İsrailin Parlamentlərarası İttifaqdan çıxarılması üçün iş başladıldı #Fələstinli məhbuslara edam təhlükəsi – Ərəb Liqası fövqəladə toplandı

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.