5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Məscid-i Əqsa 41 günlük qadağadan sonra ibadətə açıldı

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb. 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.

9 Aprel 2026 09:47
Məscid-i Əqsa 41 günlük qadağadan sonra ibadətə açıldı

BAKI,VOA, Orxan Qədirzadə

İşğal altındakı Şərqi Qüdsdə yerləşən müsəlmanların ilk qibləsi Məscid-i Əqsa 41 günlük tam qadağadan sonra yenidən ibadətə açılıb.

VOA xəbər verir ki, 28 fevral tarixindən – ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı gündən bəri bağlı qalan müqəddəs məkanda ilk süph namazı qılınıb.

Qeyd edək ki, gərginlik dövründə İsrail tərəfi yalnız müsəlmanların müqəddəs məkanını deyil, həm də xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən Qiyamət kilsəsini də bağlamışdı. Bu müddət ərzində Məscid-i Əqsaya yalnız vəqf işçilərinin girişinə icazə verilirdi. Aprelin 6-da isə İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məscid bağlı olduğu halda oraya basqın təşkil edərək gərginliyi daha da artırmışdı.

Məscidin ibadətə açılması ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından sonraya təsadüf edir. Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açılması şərti ilə 2 həftəlik atəşkəsi qəbul etdiyini elan edib. Türkiyə, Pakistan və Misirin vasitəçiliyi ilə əldə olunan bu razılaşma çərçivəsində yaxın 15 gün ərzində İslamabadda yekun sülh danışıqlarının aparılması planlaşdırılır. İsrail rəhbərliyi atəşkəsi dəstəklədiyini bildirsə də, Livan cəbhəsini bu sazişə daxil etməyərək hücumlarını davam etdirir.

Məqalədə: #Donald Tramp #Şərqi Qüds #atəşkəs razılaşması #İtamar Ben-Qvir #İslamabad danışıqları #Məscid-i Əqsa #Hərəm-i Şərif #sübh namazı #Qiyamət kilsəsi #fələstinli müsəlmanlar #Məscid-i Əqsanın 41 gündən sonra açılması xəbəri 2026 #ABŞ və İran arasında müvəqqəti atəşkəsin detalları #Qüdsdəki müqəddəs məkanların ibadətə açılması #İsrailin fövqəladə hal rejimi və Məscid-i Əqsa #Türkiyə və Pakistanın vasitəçilik etdiyi sülh prosesi #Hörmüz boğazının açılması və atəşkəs şərtləri

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.