7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Livana son hücumlarında 33 uşaq həlak olub - UNICEF

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İsrailin 8 aprel hücumları nəticəsində Livanda 33 uşağın həlak olduğunu və 153-nün yaralandığını bildirdi. UNICEF-in rəsmi internet saytı və sosial media hesabı vasitəsilə edilən açıqlamalarda mövzu ilə bağlı ətraflı məlumat verilib. Açıqlamada Livandakı hücumlardan uşaqların ciddi şəkildə təsirləndiyi vurğulanaraq, "Uşaqlar dağıntılar altından çıxarılır. Ailələr parçalanır," ifadələri işlədilib.

10 Aprel 2026 18:06
İsrailin Livana son hücumlarında 33 uşaq həlak olub - UNICEF

BAKI,VOA, Nailə Babazadə

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), İsrailin 8 aprel hücumları nəticəsində Livanda 33 uşağın həlak olduğunu və 153-nün yaralandığını bildirdi.

VOA xəbər verir ki, UNICEF-in rəsmi internet saytı və sosial media hesabı vasitəsilə edilən açıqlamalarda mövzu ilə bağlı ətraflı məlumat verilib.

Açıqlamada Livandakı hücumlardan uşaqların ciddi şəkildə təsirləndiyi vurğulanaraq, "Uşaqlar dağıntılar altından çıxarılır. Ailələr parçalanır," ifadələri işlədilib.

Livanda 2 mart tarixindən bu yana "600-dən çox uşağın öldürüldüyü və ya yaralandığı" qeyd edilərək, insan haqlarına hörmət edilməsi və uşaqların qorunması çağırışı edilib.

Açıqlamada həmçinin bildirilib: "Livan daxilində aralarında təxminən 390 min uşağın da olduğu bir milyondan çox insan didərgin düşüb; bir çoxu ikinci, üçüncü, hətta dördüncü dəfə köç etmək məcburiyyətində qalıb."

ABŞ və İran arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəsin Livanı əhatə edib-etmədiyi barədə ziddiyyətli iddialar ortaya atıldığı bir vaxtda, İsrail ordusu 8 aprel çərşənbə günü paytaxt Beyrut ilə Livanın şərq və cənub hissələrinə əvvəlcədən xəbərdarlıq etmədən eyni vaxtda təxminən 100 hava zərbəsi endirmişdi.

Livan Mülki Müdafiə İdarəsi hücumlarda ən azı 254 nəfərin həyatını itirdiyini açıqlamışdı.

Sözügedən hücumlar İsrailin 2 martdan bəri Livana təşkil etdiyi ən şiddətli hücumlar kimi qeydə alınıb.

Məqalədə: #UNICEF #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri #İsrailin Livan hücumu

Mövzu üzrə digər xəbərlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?
Digər şəxsiyyətlər

İƏT-in yeni baş katibi İsmail Vələd Şeyx Əhməd kimdir?

27 Avqust 17:56
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb
Livan

Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

15 Avqust 18:41
2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF
Digər Dövlətlər

2024-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində 170-dən çox fələstinli uşaq öldürülüb - UNICEF

12 Avqust 18:23
İşğal altındakı İordan çayının qərb sahili “qırılma nöqtəsindədir” - BMT
Digər Xəbərlər

İşğal altındakı İordan çayının qərb sahili “qırılma nöqtəsindədir” - BMT

11 Avqust 23:35

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.