5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada humanitar böhran dərinləşir - 17 minə yaxın yoluxma qeydə alınıb

Qəzza zolağında məcburi köçkünlər arasında sağlamlıq böhranı kəskinləşir və yoluxucu xəstəliklərin yayılması ciddi narahatlıq doğurur. Dünya Səhiyyə Təşkilatı ilin əvvəlindən etibarən Qəzzada məcburi köçkünlər arasında gəmiricilər və parazitlərlə əlaqəli 17 mindən çox yoluxma halının qeydə alındığını açıqlayıb.

25 Aprel 2026 17:39
Qəzzada humanitar böhran dərinləşir - 17 minə yaxın yoluxma qeydə alınıb

BAKI,VOA, Orxan Qədirzadə

Qəzza zolağında məcburi köçkünlər arasında sağlamlıq böhranı kəskinləşir və yoluxucu xəstəliklərin yayılması ciddi narahatlıq doğurur.

VOA xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı ilin əvvəlindən etibarən Qəzzada məcburi köçkünlər arasında gəmiricilər və parazitlərlə əlaqəli 17 mindən çox yoluxma halının qeydə alındığını açıqlayıb.

Təşkilatın məlumatına görə, bölgədə yaşayış şəraitinin ağırlaşması, sanitariya problemləri və tibbi resurs çatışmazlığı xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Xüsusilə dəri xəstəlikləri – qaşınma, bit və digər parazitlərlə bağlı hallar geniş yayılıb və məcburi köçkün düşərgələrinin 80 faizindən çoxunda qeydə alınıb.

Hesabatda qeyd olunur ki, Qəzzada səhiyyə infrastrukturu ciddi zərər görüb. Ümumilikdə 1800-dən çox tibb müəssisəsi qismən və ya tamamilə dağıdılıb, sektor üzrə zərərin həcmi isə təxminən 1,4 milyard dollar qiymətləndirilir.

Məlumata əsasən, 2025-ci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəs razılaşmasına baxmayaraq, bölgədə 2,4 milyona yaxın insanın yaşayış şəraiti ağır olaraq qalır. Onların təxminən 1,4 milyonu məcburi köçkündür və humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlər vəziyyəti daha da çətinləşdirir.

BMT strukturları həmçinin dağıntılar arasında qalan partlamamış sursatların təhlükəsi barədə xəbərdarlıq edib. Qeyd olunur ki, bu risklər həm əhalinin geri qayıdışını ləngidir, həm də bərpa işlərinə mane olur.

Beynəlxalq təşkilatlar bölgəyə dərman, tibbi avadanlıq və humanitar yardımın çatdırılmasının sürətləndirilməsinə çağırış edir.

Məqalədə: #Qəzza böhranı #Dünya Səhiyyə Təşkilatı #parazitlər #Qəzzada yoluxucu xəstəliklərin yayılması #məcburi köçkün düşərgələrində sağlamlıq problemi #Dünya Səhiyyə Təşkilatının Qəzza hesabatı #Qəzzada səhiyyə sistemi vəziyyəti #parazit və gəmirici ilə bağlı xəstəliklər #humanitar böhran Qəzza 2026 #Qəzzada yaşayış şəraiti problemləri

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.