4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada son 48 saatda İsrail hücumları nəticəsində 5 fələstinli həlak oldu

Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində son 48 saat ərzində 5 fələstinli həlak olub, 15 nəfər isə yaralanıb. Rəsmi məlumata görə, 2025-ci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri ümumi ölənlərin sayı 850 nəfərə, yaralıların sayı isə 2433 nəfərə çatıb. Bundan əlavə, dağıntılar altından və küçələrdən 770 meyitin çıxarıldığı bildirilib.

9 May 2026 15:21
Qəzzada son 48 saatda İsrail hücumları nəticəsində 5 fələstinli həlak oldu

BAKI,VOA Orxan Qədirzadə

Qəzza zolağında İsrail ordusunun həyata keçirdiyi hücumlar nəticəsində son 48 saat ərzində 5 fələstinli həlak olub, 15 nəfər isə yaralanıb.

VOA xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına əsasən, xəstəxanalara 4 nəfərin cəsədi gətirilib, dağıntılar altından isə daha bir nəfərin meyiti çıxarılıb.

Rəsmi məlumata görə, 2025-ci ilin oktyabr ayında qüvvəyə minmiş atəşkəs razılaşmasından bəri ümumi ölənlərin sayı 850 nəfərə, yaralıların sayı isə 2433 nəfərə çatıb. Bundan əlavə, dağıntılar altından və küçələrdən 770 meyitin çıxarıldığı bildirilib.

Qəzza Səhiyyə Nazirliyi qeyd edib ki, 2023-cü ilin oktyabrından bəri davam edən müharibə nəticəsində ümumi ölənlərin sayı 72 min 736 nəfərə yüksəlib.

Bu arada, Qəzza Mülki Müdafiə Xidməti İsrail aviasiyasının ötən gecə Qəzza şəhərinin Şati qaçqın düşərgəsində yerləşən Ədəm ailəsinə məxsus evi bombaladığını açıqlayıb. Hücum nəticəsində 9 nəfərin yaralandığı, tamamilə dağılan evdə və ətraf binalarda yanğınların baş verdiyi bildirilib.

Mülki müdafiə xidmətinin məlumatına görə, zərbə yaxınlıqdakı onlarla yaşayış binasına da ciddi ziyan vurub. Rəsmilər dağıntılar səbəbindən çox sayda ailənin evsiz qalmaq təhlükəsi ilə üzləşdiyini bildirirlər.

Hadisə şahidlərinin sözlərinə görə, İsrail ordusu hücumdan əvvəl yaşayış məhəlləsinin boşaldılması barədə xəbərdarlıq edib. Daha sonra əraziyə əvvəlcə partlamayan raket atılıb, ardınca isə döyüş təyyarəsi tərəfindən ikinci zərbə endirilib.

Qeyd edək ki, İsrail və HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşması 2025-ci ilin 10 oktyabr tarixində qüvvəyə minib. Buna baxmayaraq, tərəflər bir-birini razılaşmanı pozmaqda ittiham edir.

BMT-nin hesablamalarına görə, müharibə nəticəsində Qəzza zolağındakı mülki infrastrukturun təxminən 90 faizi dağılıb və bölgənin yenidən qurulması üçün təxminən 70 milyard dollar vəsait tələb olunur.

Məqalədə: #Fələstin #Qəzza zolağı #Yaxın Şərq münaqişəsi #Qəzza müharibəsi #İsrail hücumları #Atəşkəs pozuntusu #Şati qaçqın düşərgəsi #İsrail aviasiyası #Qəzza Səhiyyə Nazirliyi #mülki infrastruktur #Qəzza bombardmanı #Fələstinli qurbanlar

Mövzu üzrə digər xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03
İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb
Fələstin

İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

3 Sentyabr 20:59
İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Fələstin

Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin

2 Sentyabr 18:35

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.