7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsraildə böhran - Baş Prokuror Netanyahunun Mossad təyinatına etiraz edib

İsrailin Baş prokuroru Gali Baharav-Miara Baş nazir Benyamin Netanyahu tərəfindən Roman Qofmanın Mossad rəhbəri vəzifəsinə təyin olunmasına etiraz edib. İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Baş prokuror məsələ ilə bağlı İsrail Ali Məhkəməsinə rəsmi etiraz ərizəsi təqdim edib. Baharav-Miara sənəddə Qofmanın təyinatında “əsaslı hüquqi və etik qüsurlar” olduğunu vurğulayıb.

10 May 2026 21:49
İsraildə böhran - Baş Prokuror Netanyahunun Mossad təyinatına etiraz edib

BAKI,VOA Orxan Qədirzadə

İsrailin Baş prokuroru Gali Baharav-Miara Baş nazir Benyamin Netanyahu tərəfindən Roman Qofmanın Mossad rəhbəri vəzifəsinə təyin olunmasına etiraz edib.

VOA xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Baş prokuror məsələ ilə bağlı İsrail Ali Məhkəməsinə rəsmi etiraz ərizəsi təqdim edib. Baharav-Miara sənəddə Qofmanın təyinatında “əsaslı hüquqi və etik qüsurlar” olduğunu vurğulayıb.

Baş prokurorun iddiasına əsasən, Roman Qofmanın adı yetkinlik yaşına çatmayan israilli Uri Elmakiasın iştirak etdiyi qalmaqallı kəşfiyyat əməliyyatı ilə əlaqələndirilir. Bildirilir ki, Qofman 2022-ci ildə Colan təpələrində xidmət etdiyi dövrdə 17 yaşlı Elmakiası İran və Hizbullaha qarşı təsir əməliyyatında istifadə edib.

Məlumata görə, gəncə sosial şəbəkələrdə paylaşılması üçün gizli məlumatlar verilib. Daha sonra İsrailin daxili təhlükəsizlik xidməti Şin-Bet onun fəaliyyətini aşkar edərək casusluq şübhəsi ilə saxlayıb. İstintaq zamanı Elmakias onu əməliyyata cəlb edən şəxsin birbaşa Qofman olduğunu bildirib.

Baş prokuror hesab edir ki, bu hadisə Roman Qofmanın dürüstlüyünə və Mossad rəhbərliyinə uyğunluğuna ciddi kölgə salır. O, həmçinin təyinat prosedurunda qanun pozuntularının olduğunu qeyd edib və məhkəmənin məsələyə müdaxilə etməsinin qaçılmaz olduğunu bildirib.

İsrail hökuməti isə Baş prokurorun mövqeyinə sərt reaksiya verib. Koalisiya rəhbəri Ofir Kats sosial şəbəkədə paylaşım edərək etirazların siyasi motivli olduğunu iddia edib və təyinat prosesinin davam etdirilməli olduğunu bildirib.

Maliyyə naziri Bezalel Smotrich də Baş prokuroru hökumətə qarşı fəaliyyət göstərməkdə ittiham edib və ölkədə mübahisələrə səbəb olan məhkəmə islahatlarının davam etdiriləcəyini açıqlayıb.

Məlumata əsasən, Netanyahu tərəfindən Mossad rəhbərliyinə namizəd göstərilən Roman Qofmanın 2 iyun 2026-cı ildə vəzifəni hazırkı direktor David Barneadan təhvil alması planlaşdırılır.

Məqalədə: #Netanyahu #Şin-Bet #İsrail kəşfiyyat xidməti #İsrail Ali Məhkəməsi #İsrail siyasi böhranı #Gali Baharav-Miara #Roman Qofman #Mossad direktoru #Uri Elmakias qalmaqalı #Mossad təyinatı

Mövzu üzrə digər xəbərlər

Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi
Gündəm

Sara Netanyahudan səs-küylü iddia: Yair Qolan 7 oktyabr hücumunu əvvəlcədən bilirdi

1 Sentyabr 15:53
Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan
Türkiyə

Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

31 Avqust 18:49
Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər
Fələstin

Netanyahu üçün həyəcan siqnalı - Likud seçkilərdə məğlub ola bilər

27 Avqust 09:37
İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq
ArabAZ analitika: Geosiyasi təhlillər

İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq

11 Avqust 09:01

Son Xəbərlər

BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.