6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İraqda yeni hökumət necə formalaşdı və kimlər nazir oldu?

İraqda yeni hökumətin formalaşdırılması prosesi yekunlaşıb və Baş nazir və kabinet üzvləri parlamentdə keçirilən səsvermə nəticəsində etimad qazanaraq rəsmi şəkildə vəzifəyə başlayıblar.

15 May 2026 11:47
İraqda yeni hökumət necə formalaşdı və kimlər nazir oldu?

BAKI,VOA Orxan Qədirzadə

İraqda yeni hökumətin formalaşdırılması prosesi yekunlaşıb və Baş nazir və kabinet üzvləri parlamentdə keçirilən səsvermə nəticəsində etimad qazanaraq rəsmi şəkildə vəzifəyə başlayıblar.

VOA xəbər verir ki, Əli əz-Zeydi Baş nazir kimi parlamentdən etimad səsi alaraq hökumətə rəhbərlik etməyə başlayıb.

İraq Nümayəndələr Məclisində keçirilən iclasda hökumət proqramı müzakirə edildikdən sonra Baş nazir Əli əz-Zeydi və kabinetdə yer alan 14 nazir namizədinə mütləq səs çoxluğu ilə etimad göstərilib və onlar and içərək vəzifələrinin icrasına başlayıblar.

Parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən hökumətin əsas postları aşağıdakı kimi təsdiqlənib: neft naziri Bəsim Məhəmməd Xıdır, sənaye naziri Məhəmməd Nuri Əhməd, elektrik enerjisi naziri Əli Səad Vəhib, səhiyyə naziri Əbdülhüseyn Əziz, ətraf mühit naziri Sərvə Əbdülvahid, kənd təsərrüfatı naziri Əbdürrəhim Casım, su ehtiyatları naziri Müsənna Əli Mehdi, ticarət naziri Mustafa Nizar Cümə, ədliyyə naziri Xalid Şəvani, təhsil naziri Əbdülkərim Abtan, nəqliyyat naziri Vəhəb Selman Məhəmməd, xarici işlər naziri Fuad Hüseyn, maliyyə naziri Əli Falih Sari və rabitə naziri Mustafa Sened olub.

Kabinet ümumilikdə iyirmi üç nazirlikdən ibarət olsa da, səsvermə nəticəsində yalnız on dörd nazir etimad qazanıb. Daxili işlər, planlaşdırma, tikinti və mənzil, mədəniyyət və turizm, həmçinin ali təhsil və elmi araşdırmalar nazirliklərinə namizədlər etimad səsi ala bilməyib.

Həmçinin əmək və sosial təminat, gənclər və idman, miqrasiya və köçkünlər, eləcə də müdafiə nazirliyi üzrə namizədlər parlamentə ümumiyyətlə təqdim olunmayıb. Bu səbəbdən həmin portfellərlə bağlı məsələlərin gələcək iclaslarda yenidən müzakirə ediləcəyi bildirilib.

İraq hökumətinin tam tərkibinin formalaşdırılması üçün parlamentin növbəti dövrdə əlavə iclaslar keçirməsi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyi isə İraqda yeni hökumətin formalaşması və Baş nazir Əli əz-Zeydinin etimad qazanaraq vəzifəyə başlamasını müsbət qiymətləndirib. Nazirliyin açıqlamasında bu siyasi prosesdən məmnunluq ifadə olunub və yeni hökumətə fəaliyyətində uğurlar arzulanıb.

Açıqlamada vurğulanıb ki, regionun həssas dövrdən keçdiyi bir vaxtda İraqın sabitliyi, rifahı və regional inteqrasiyası istiqamətində atacağı addımlar mühüm əhəmiyyət daşıyır və Türkiyə İraqın bu istiqamətdəki səylərini dəstəkləməyə davam edəcək.

Məqalədə: #İraq Parlamenti #İraq siyasi böhranı #Əli əz-Zeydi #İraq hökuməti #İraq nazirliyi #siyasi etimad səsi #Türkiyə Xarici İşlər Nazirliyi açıqlaması #İraq xarici işlər naziri

Mövzu üzrə digər xəbərlər

İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub
İraq

İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

29 Avqust 18:52
İraqda hansı qruplar silahları təhvil verməyib?
İraq

İraqda hansı qruplar silahları təhvil verməyib?

22 Avqust 16:00
Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi
İraq

Zeydi İnkişaf Yolu layihəsini sürətləndirmək üçün göstəriş verdi

21 Avqust 09:26
Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Bağdadda gərgin danışıqlar - Qalibaf İraq Baş nazirini niyə yola gətirə bilmədi?

20 Avqust 19:32

Son Xəbərlər

İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.