7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Livanın cənubu və Bəkaa vadisinə hücumları intensivləşir

Livanın müxtəlif bölgələri yeni hava hücumlarının hədəfinə çevrilib. Məlumatlara görə, ölkənin şərqində yerləşən Bəkaa vadisi və cənub bölgələrində bir sıra yaşayış məntəqələrinə zərbələr endirilib. Hadisələr fonunda mülki itkilər və humanitar vəziyyətlə bağlı narahatlıqlar daha da artır.

27 May 2026 19:07
İsrailin Livanın cənubu və Bəkaa vadisinə hücumları intensivləşir

BAKI,VOA,Yusif Şərifzadə

Livanın müxtəlif bölgələrində İsrailin hava hücumlarının genişləndiyi bildirilir. Ölkənin Milli Xəbər Agentliyinin yaydığı məlumata əsasən, son hücumlar əsasən şərqdə yerləşən Bəkaa vadisi və cənub yaşayış məntəqələrini əhatə edib.

VOA xəbər verir ki, məlumatlarda qədim Bəlbək şəhəri yaxınlığında yerləşən ərazilərin hədəfə alındığı qeyd olunur. Hava zərbələrinin şimaldakı Halbata qəsəbəsinə, Bəlbəyin qərbində yerləşən Bədəy və Flavi yaşayış məntəqələrinə endirildiyi bildirilib.

Məlumata görə, Livan–Suriya sərhədi yaxınlığında yerləşən Hermel bölgəsində də iki ayrı hava zərbəsi qeydə alınıb.

Bununla yanaşı, Livanın cənubunda yerləşən yaşayış məntəqələrinin də hücumlara məruz qaldığı bildirilir. Cəzzin bölgəsində yerləşən Tuffahta və Sayda yaxınlığındakı Arki qəsəbələrinin də hədəflər arasında olduğu qeyd edilir.

Livan Səhiyyə Nazirliyi son 24 saat ərzində baş verən hadisələr nəticəsində onlarla mülki şəxsin öldüyünü və yaralandığını açıqlayıb. Nazirlik hücumları “qırğınlar” kimi qiymətləndirib.

Tərəflərin yaydığı məlumatlar və itki göstəriciləri müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.

Məqalədə: #Livan #İsrail ordusu #Hava hücumları #mülki itkilər #regional gərginlik #Humanitar Vəziyyət #Bəkaa vadisi #Bəlbək #Hermel

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.