8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Suriya Xarici İşlər Nazirliyinə kiberhücum: Həssas məlumatların sızdırılması ilə bağlı araşdırma başladıldı

Suriya Xarici İşlər Nazirliyi nazirliyin məlumat sistemlərinə qarşı həyata keçirilən kiberhücum nəticəsində həssas məlumatların internetdə yayılması ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, hadisənin mənbəyini, həyata keçirilmə üsulunu və sızmanın miqyasını müəyyən etmək məqsədilə geniş araşdırma aparılır. Qurum qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq hadisənin nəticələrinin aradan qaldırılması və məsul şəxslərin müəyyən edilərək qanuni tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq.

11 İyun 2026 16:41
Suriya Xarici İşlər Nazirliyinə kiberhücum: Həssas məlumatların sızdırılması ilə bağlı araşdırma başladıldı

BAKI,VOA Orxan Qədirzadə

Suriya Xarici İşlər Nazirliyi nazirliyin məlumat sistemlərinə qarşı həyata keçirilən kiberhücum nəticəsində həssas məlumatların internetdə yayılması ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, hadisənin mənbəyini, həyata keçirilmə üsulunu və sızmanın miqyasını müəyyən etmək məqsədilə geniş araşdırma aparılır. Qurum qeyd edib ki, araşdırmanın nəticələrinə uyğun olaraq hadisənin nəticələrinin aradan qaldırılması və məsul şəxslərin müəyyən edilərək qanuni tədbirlərin görülməsi istiqamətində addımlar atılacaq.

Məlumata görə, internetdə yayılan sənədlər arasında diplomatik nümayəndəliklər arasında aparılmış rəsmi yazışmalar, Suriyaya gələn vətəndaşlarla bağlı məlumatlar, eləcə də bəzi əməkdaşların əməkhaqqı məlumatları yer alıb.

Sızdırılmış sənədlər bu məqsədlə yaradılmış kanal vasitəsilə yayımlanıb. Yayılan materialların əksəriyyətinin 2024-cü ilin dekabr ayında Bəşşar Əsəd hakimiyyətinin süqutundan sonrakı dövrə aid olduğu bildirilir.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, baş verən hadisəyə baxmayaraq, diplomatik və konsulluq xidmətləri, eləcə də nazirliyin digər fəaliyyət istiqamətləri normal qaydada davam etdirilir.

Qurum eyni zamanda informasiya təhlükəsizliyinin gücləndirilməsi, rəsmi sənədlərin qorunması və dövlət maraqlarının müdafiəsi üçün bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.

Nazirlik ictimaiyyəti məlumat əldə edərkən yalnız rəsmi mənbələrə istinad etməyə çağırıb. Bəyanatda qeyd olunub ki, dövriyyədə olan bəzi sənədlər və materiallar rəqəmsal müdaxiləyə məruz qalmış, dəyişdirilmiş və ya təhrif edilmiş ola bilər. Bu isə ictimai rəyin yanlış istiqamətləndirilməsinə və hadisələrin reallığa uyğun olmayan şəkildə təqdim edilməsinə səbəb ola bilər.

Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir.

Məqalədə: #Bəşşar Əsəd #Suriya Xarici İşlər Nazirliyi #Əhməd əş-Şəraa #kiberhücum #Suriya kiberhücum #Suriya dövlət sənədləri

Mövzu üzrə digər xəbərlər

Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım
Suriya

Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

27 Avqust 14:04
Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib
Suriya

Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

25 Avqust 22:31
Süveyda tələbələrinə xüsusi imtahan şansı verildi
Suriya

Süveyda tələbələrinə xüsusi imtahan şansı verildi

19 Avqust 15:11
Dəməşq İsrailin hücumlarına necə cavab verəcək?
Suriya

Dəməşq İsrailin hücumlarına necə cavab verəcək?

18 Avqust 18:42

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.