5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran-ABŞ görüşü fonunda İsrail Livanla bağlı açıqlama yayıb

İsrail rəhbərliyi Livanın cənubunda nəzarət altında saxladığı ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb. İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, ordunun Livandakı əməliyyatlarına hər hansı məhdudiyyət tətbiq olunmayıb və hərbi fəaliyyət davam etdiriləcək. Nazirin sözlərinə görə, İsrail ordusunun Livandakı əməliyyatlarının məhdudlaşdırıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. O iddia edib ki, həyata keçirilən əməliyyatlar Hizbullaha qarşı cavab tədbirləri xarakteri daşıyır.

21 İyun 2026 16:46
İran-ABŞ görüşü fonunda İsrail Livanla bağlı açıqlama yayıb

BAKI,VOA, Orxan Qədirzadə

İsrail rəhbərliyi Livanın cənubunda nəzarət altında saxladığı ərazilərdən geri çəkilməyəcəyini açıqlayıb. İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, ordunun Livandakı əməliyyatlarına hər hansı məhdudiyyət tətbiq olunmayıb və hərbi fəaliyyət davam etdiriləcək.

Nazirin sözlərinə görə, İsrail ordusunun Livandakı əməliyyatlarının məhdudlaşdırıldığı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. O iddia edib ki, həyata keçirilən əməliyyatlar Hizbullaha qarşı cavab tədbirləri xarakteri daşıyır.

Yisrael Kats qeyd edib ki, İsrail ordusu Livanın cənubunda yerləşən və "Sarı xətt" adlandırılan ərazidə mövcudluğunu qoruyub saxlayır. Onun sözlərinə görə, İsrail qüvvələri həmin mövqelərdən Livan ərazisinin daha dərin hissələrinə doğru əməliyyatlar həyata keçirməyə davam edir.

Nazir həmçinin bildirib ki, qüvvədə olduğu elan edilən atəşkəs rejimi İsrail ordusunun Livanın cənubundan çıxmasını nəzərdə tutmur.

"Baş nazir Benyamin Netanyahu ilə birlikdə dəfələrlə açıq şəkildə bəyan etmişik ki, İsrail Livandakı təhlükəsizlik zonasından geri çəkilməyəcək", - deyə Kats vurğulayıb.

Xatırladaq ki, İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində iyunun 14-də müharibənin dayandırılması və mövcud problemlərin diplomatik yollarla həllini nəzərdə tutan 14 maddədən ibarət memorandum üzrə razılığa gəldiklərini elan etmişdilər.

"İslamabad Memorandumu" adlandırılan sənəd iyunun 18-də İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formada imzalanaraq qüvvəyə minib.

Memorandumun əsas müddəalarından biri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur. Məhz bu müddəa İsraildə narazılıqla qarşılanıb.

İsrail rəsmiləri sənədin qüvvəyə minməsindən sonra da Livanda nəzarət etdikləri ərazilərdən çıxmayacaqlarını bəyan edib, eyni zamanda İsrail ordusu ölkə ərazisində hərbi əməliyyatlarını davam etdirib.

İsrail hücumlarının intensivləşməsindən sonra iyunun 19-da Livanla yeni atəşkəs rejiminin qüvvəyə mindiyi açıqlansa da, bölgədə silahlı insidentlər və hərbi əməliyyatlar tam dayanmayıb.

Bununla yanaşı, İsrail mətbuatında yayılan məlumatlarda Baş nazir Benyamin Netanyahunun orduya Livanın cənubuna yönəlmiş hücumları dayandırmaq göstərişi verdiyi iddia olunub. Lakin İsrail rəhbərliyinin son açıqlamaları bölgədə hərbi mövcudluğun və əməliyyatların davam etdiriləcəyini göstərir.

Yaxın Şərqdə davam edən gərginlik fonunda Livan məsələsi İran–ABŞ danışıqlarının əsas gündəm mövzularından biri olaraq qalır və tərəflər arasında əldə olunmuş razılaşmaların taleyi regiondakı təhlükəsizlik vəziyyətinə birbaşa təsir göstərə bilər.

Məqalədə: #Livanın cənubu #İsrail rəhbərliyi #İsrailin müdafiə naziri Yisrael Kats #İsrail Livandakı əməliyyatlar #İsrail ordusunun Livandakı əməliyyatları #İran-ABŞ görüşü

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubunda hücumları davam etdirir
Livan

İsrail Livanın cənubunda hücumları davam etdirir

3 Sentyabr 22:29
İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib
Livan

İsrail silahlı qruplarla əlaqəsi aşkarlanmayan beş Livan vətəndaşını azad edib

3 Sentyabr 18:44
Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT
Livan

Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

1 Sentyabr 20:46
BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri
Livan

BMT mandatı olmadan beynəlxalq qüvvələrin Livanda qalması mümkün deyil - Nəbih Bərri

29 Avqust 22:42

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.